Dünyanın ən yaşlı insanı olduğu iddia edilən çinli qadın Lin Şemu 122 yaşında dünyasını dəyişib.
Manevr.az xəbər verir ki, rəsmi Çin sənədlərinə əsasən, Lin Şemu 18 iyun 1902-ci ildə anadan olub və 122 il 197 gün ömür sürüb. Onun həyatı Qing sülaləsinin Qungxu dövrünə, ABŞ-da Teodor Ruzveltin prezidentliyinə və İngiltərədə Lord Solsberinin baş nazirliyinə təsadüf edir. Titanik gəmisinin batdığı il Lin 10 yaşında olub.
Lin Şemu yeddi övlad anası olub. O, heç vaxt ciddi bir xəstəlik keçirməyib və yalnız yaşlılıq səbəbilə görmə qabiliyyətini itirməsi və yıxılaraq ayaqlarını zədələməsi kimi sağlamlıq problemləri yaşayıb.
Yaxınlarının sözlərinə görə, Lin Şemu hər zaman enerjili, şən və nikbin insan olub. Kiçik oğlu onun heç vaxt kiminləsə mübahisə etmədiyini və daim ailəsinə həyatda hər şeyin mümkün olduğunu söylədiyini bildirib.
Lin uzunömürlülüyünün sirri barədə verdiyi açıqlamada sadə həyat tərzinin önəmini vurğulayaraq, "Yeməyi, içməyi və yatmağı bacarmaq. Bunlar bir nemətdir," - deyə qeyd edib.
Ailəsi onun yaşını təsdiqlətmək üçün Ginnesin Rekordlar Kitabına heç vaxt müraciət etməyib.
Qeyd edək ki, Gerontology Research Group-un məlumatına görə, hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı rahibə İnah Canabarro Lukas hesab olunur. Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı kimi tanınan yaponiyalı Tomiko İtuka isə 29 dekabrda dünyasını dəyişib.milli.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar