Sizin Reklam Burada
Xəbər lenti
04-02-2025
03-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir?

Tarix: 04-02-2025 20:27     Baxış: 428 A- / A+
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir?
Ötən il xarici ölkələrə 2 milyon 158 min 938 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Manevr.az
xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının 63,3%-i və ya 1 milyon 365 min 589 nəfəri ölkəni turizm məqsədilə, 36,7%-i və ya 793 min 349 nəfəri digər məqsədlərlə tərk edib.

Turizm məqsədilə xaricə səfər edənlərin böyük əksəriyyəti – 98%-i və ya 1 milyon 337 min 88 nəfəri ölkədən hava yolu ilə çıxıb. Turistlərin yalnız 2%-i və ya 28 min 501 nəfəri ölkəni dəniz yolu ilə tərk edib. Quru yolla ölkəni tərk edən turist olmayıb.

Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4%-i hava, 28,5%i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edilən bu məlumatlara istinadən apardığımız hesablama göstərir ki, hava yolu ilə (təyyarə) ölkəni tərk edənlərin sayı ümumilkdə 1 milyon 498 min 303 nəfər (2 158 938 x 69,4 / 100) olub. Bunların 1 milyon 337 min 88 nəfərini turistlər təşkil etdiyi üçün ölkəni hava yolu ilə tərk edənlərin 161 min 215 nəfəri (1 498 303 – 1 337 088) xaricə digər məqsədlərlə gedənlər olub.

Rəsmi məlumatlarda həmçinin qeyd olunur ki, ötən 793 min 349 nəfər digər məqsədlərlə xaricə səfər edib. Digər məqsədlərlə xaricə gedənlərin 161 min 215 nəfəri hava yolundan istifadə ediblərsə, onda 632 min 134 nəfər (793 349 – 161 215) xaricə quru və dəniz yolu ilə gedib.

Xaricə dəniz yolu ilə gedənlərin ümumi sayının 45 min 338 nəfər (2 158 938 x 2,1 / 100) olduğunu və bunların da 28 min 501 nəfərinin turist olduğunu nəzərə alsaq, o zaman, digər məqsədlə ölkədən çıxan 16 min 837 nəfər (45 338  28 501) dəniz yolundan istifadə edb.

Hesablamadan da görünür ki, xaricə səfər edən 615 min 297 nəfər (623 134 – 16 837) ölkədən quru yolla çıxıb.

Qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda ölkədən quru yolla çıxanların kimlər olduğu barədə məlmat verilmir. Lakin bildirilir ki, digər məqsədlə xaricə gedənlər mövsümi, qısa və ya uzun müddətə işləməyə gedənlər, ictimai nəqliyyat vasitələrinin heyəti, ixrac yüklərini daşıyan avtomobillərin sürücüləri və yükləri müşayiət edən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında, beynəlxalq təşkilatların nümayəndəliklərində işləyənlər və onlarla birlikdə yaşayan ailə üzvləri, təhsil müəssisələrində təhsil alanlar və s. şəxslər ola bilər.yeniavaz.com


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar