Fevralın 3-də ABŞ dollarının Hindistan rupisi qarşısında məzənnəsi tarixdə ilk dəfə 87 rupini ötüb.
Manevr.az "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya qarşı idxal rüsumları tətbiq etməsi Asiya valyutalarının ucuzlaşmasına səbəb olub.
Hazırda dollar 87,14 rupiyə satılır, cümə günü isə bu rəqəm 86,7 idi. Gün ərzində qeydə alınan maksimum dəyər isə 87,23 rupi olub.
Ekspertlər hesab edirlər ki, Trampın fevralın 4-də qüvvəyə minəcək yeni tarif qərarı fonunda investorlar kapitalı daha sabit aktivlərə, xüsusilə də dollara yönəltməyə başlayıblar. Bununla yanaşı, Hindistan iqtisadiyyatının 2024-cü ilin ikinci maliyyə rübündə (iyul-sentyabr) ÜDM artımındakı yavaşlama da rupiyə olan etibarı zəiflədib.milli.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar