Sizin Reklam Burada
Xəbər lenti
04-02-2025
03-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ən bahalı villa borca görə satılır - Görün kimindir?

Tarix: 04-02-2025 17:44     Baxış: 324 A- / A+


Ən bahalı villa borca görə satılır - Görün kimindir?
Almaniyada Rusiya Federasiyasının ən varlı adamlarından biri, sanksiyaya məruz qalan oliqarx Əlişir Usmanovun villası borclarına görə satışa çıxarılıb.
Manevr.az-ın məlumatına görə, Almaniyanın “Merkur” nəşri xəbər verir ki, söhbət Bavariyada Tegernsee gölünün sahilindəki Usmanov malikanəsindən gedir.
Bu villa Almaniyanın ən bahalı daşınmaz əmlakıdır, 25 milyon avro dəyərində qiymətləndirilir.
Usmanov bu villadan 2011-ci ildən 28 fevral 2022-ci ilə qədər “yay iqamətgahı” kimi istifadə edib. O vaxtdan sonra Avropa İttifaqının sanksiyalarına məruz qalıb və Almaniyadan qaçmağa məcbur olub.
Villa 2011-ci ildə oliqarxla əlaqəsi olan Men adasından “Tegernsee Limited” ofşor şirkəti tərəfindən 7,8 milyon avroya alınıb. Usmanov özü villanın ona məxsus olmadığını, onu həftədə 77 min avroya kirayələdiyini iddia edib.

Əlişir Usmanov

Almaniyada Usmanov vergidən yayınmaya görə, təhqiq edilir. Usmanovun villa ilə əlaqəsini inkar etməsi səbəbilə onun saxlanması üçün borclar yığılıb və onlar həbs edilmiş əmlakı satmaq qərarına gəliblər.
Villanın sahəsi 735 kvadratmetrdir. Köşkdə dörd yataq otağı və yuxarı iki mərtəbədə hamam var. Villada həmçinin sauna və hovuz da var.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında Ukrayna məhkəməsi nəhayət milyarder Usmanovun dəmir filizi məhsulları və İT şirkətinin nizamnamə kapitalı da daxil olmaqla 2 milyard UAH-dan çox əmlakını müsadirə edib. Bu qərar qanuni qüvvəyə minib və şikayət verilə bilməz.
Xatırladaq ki, Əlişir Usmanov sanksiyalar altındadır və Aİ hesablarından istifadə edə bilməz. Eyni zamanda, Usmanov ən zəngin ruslardan biridir və Rusiya hakimiyyəti ilə geniş əlaqələrə malikdir. Usmanova Kremlin maliyyə axınlarını idarə etmək həvalə olunub; onu Rusiya prezidenti Vladimir Putinin “etibarlı vasitəçisi” də adlandırırlar.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar