Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hidayət Heydərov 2024-cü ilin ən yaxşı kişi cüdoçusu SEÇİLDİ

Tarix: 02-02-2025 20:54     Baxış: 318 A- / A+

Azərbaycan millisinin üzvü Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən "İlin kişi cüdoçusu" adına layiq görülüb.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Hidayət Heydərov sevincini bu sözlərlə ifadə edib:
"Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".
Qeyd edək ki, H.Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.
Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülüb. O, bununla bağlı hamıya təşəkkür edib:
"Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar