Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Plagiat, yoxsa təsirlənmə" - AKƏM XAQAN

Tarix: 02-02-2025 22:41     Baxış: 346 A- / A+
               AKƏM XAQAN -şair və tənqidçi

Son günlərdə internet məkanında ucuz şou -polemika yaratmaq cəhdində bulunanlar oldu və  müzakirəyə, dartımaya qurban seçilən imza sahibi,  90-ci illərin  görkəmli şairi, dostumuz  İbrahim İlyaslı oldu. 
Polemika yaradan və müzakirələri alovlayan imza sahibləri  İradə Aytel, Qəşəm  Nəcafzadə, Musa Ələkbərli və onun qardaşı Bəhlul Ataxallı oldu. Məhz Bəhlul Ataxallı  görüntülü video yayaraq, çıxışında  müzakirə mövzusu olan  "Necəsən" rədifli şeirin ilk yazarı olduğunu, şair İbrahim İlyaslının onun yazdıqlarından  bəhrələnərək eyni rədifli şeir yazdığını,  bu əməlinə görə  onu qınadığında da, söhbət əsnasınga kobud cavab aldığını iddia etdi. Əslində nə baş verdiyini  anlamayan, dünyadan xəbərsiz kütlə  əyləncə tapmış uşaq kimi tərəflər seçərək savaş görüntüsü yaratdı. Bilən, bilməyən İbrahim İlyaslını qınamağa, ondan hesab sormağa və hətta hüquq mühafizə orqanlarına verib, höküm kəsməyə cətsat etdi. 
 "Hamı ət almışıq, pişik yemiş, pişikdən hesab soralım. Çəkiyə baxanda şübhəli durum. Tərəzidə pişikdisə, ət hanı?  Yox, ətdirsə pişik hanı? "-deyə bağırdılar. Nədənsə  ədəbiyyatsevər ziyalı təbəqə və bu işə məsul olmuşıar İbrahim ilyaslı səbriylə susdular. 
Ədəbi mühitdə orijinallıq və etika prinsipləri əsasdır. Bir müəllifin başqasının əsərindən ilham alması, onu yeni bir baxış bucağı ilə işləməsi, fərqli üslubda təqdim etməsi ədəbi praktikada qəbul olunan haldır. Lakin unutmaq lazım deyil ki, ədəbi yaradıcılıqdan təsirlənmə ilə plagiat arasındakı fərq incədir.
1. Təsirlənmə zamanı müəllif öz dəst-xəttini qoruyaraq yeni bir baxış sərgiləyir, yeni dəyər yaratmış olsun.
2. Yazıçı  əvvəlki əsərin strukturunu, motivlərini, baxışını və hətta ifadə tərzini dəyişmədən götürürsə, bu, yaradıcılıq deyil, plagiat hesab olunur.
Düzü hadisələrin kor-koranə axışı, xalqın maddi-mənəvi  varlığına sahib çıxan ziyalıya  yönəli haqsız qınaq və İradə Aytelin bəlli həqiqəti gizli tutan şübhəli bəyanatı məni coşdurdu. Daha təhlükəli hal almasına yol verməmək üçün ədaləti bərpa edib, xalq xəzinəsinə verilən tövhənin həqiqi sahibini bəlli etmək, hər kəsin haqqını tanımaq və tanıtmaq missiyasını öz üzərimə götürdüm.  Həqiqət isə kimsənin etiraf etmək istəmədiyi  tarixdə gizli idi. Bu barədə az sonra...
Bu şeirlər eyni rədifli olsa da fərqli düşüncələrdən qaynaqlı , fərqli baxış sərgiləyən, hər bəndi dörd  misradan, hər misrası səkkiz hecadan ibarət olan gəraylı formasıdır. 

"Soran varmı əhvalımı,
Ay müşkül halım, necəsən?
Ay gözümdən daşan qəmim,
Artan məlalım,  necəsən? -deyə qeyri məlum ünvana üraciət edən Bəhlul Ataxallı şikayətlənərək , ah-nalə ilə gün keçirən yorğun bir aşiq təsirı bağışlayır. Eyni zamanda qafiyə sistemi kök qafiyələrdən seçilmədiyi kimi, daxili bölgü,  fikir ardıcıllığı, o qədər də əhəmiyyət kəsb etməyən rabitəsiz misralar ritmin  qüsurlu inkişafını təmin edir. 
Son bəndin misraların birində  müəllif-aşıq öz təxəllüsünü  fikirini tamamlamaq üçün söyləyərək öz möhrünü vurmuş olur. Ona görə də son bənd elə möhürbənd  adlanır:
Ağayana ola-ola, 
Eşq önündə döndü qula.
Hamıdan doğma Bəhlula,
Hamıdan zalım, necəsən? -deyən müəllifin eposu,  narazı və küskün ruhu, rabitəsis misralardan belə gözə çarpır. Sevgidə inad, kin-küdurət,  küsü olmamalıdır. Hər şey təbii axara buraxılaraq çözülür. 
Aşıq şeirinin incəliklərini və ustalığını yaxşı bilən  İbrahim İlyaslıda isə fərqli baxış acısı misraların canına hopmuş görünür:
"Mənim səndən uzaqlarda
Yarandı halım, necəsən?
Özgəsinə qismət olan,
Cah-cəlalım, necəsən?" -deyə ustalıqla sevdiyi, lakin yetə bilmədiyi xanıma xəfif  küsü ilə səslənir. Sanki, onu üzməkdən qorxurmuş kimi. Əvvəlki müəllifdən fərqli olaraq hər bir seçilən söz və ifadə xüsusi önəm daşıyır, şairin özlərini daha qabarıq inkişaf etdirir. Möhürbəndin ikinci misrası  tam uyumasa da,  sujet xətti və ritm axıra qədər diri tutulur və uğurla möhürləyir; 
"Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?" 
Beləcə  bu iki şeir və müəllif arasında düşən dartişmanın yersiz  və  hər birinin fərqli dünyalara sahib olduğu bəlli oldu.
Lakin  kimsənin mənə birinci mən yazdım, o biri məndən bəhrələndi demək haqqı yox.  Əslində hər iki müəllifin  qismən istinad etdiyi, bəyəndiyi və təsirləndiyini üçün yaddaşına hopan tarıxı mənbə var! Hansı ki, şeirlərini çoxlarının əzbər bildiyi, lakin müəllifini xatırlamağa zorlandığı həqiqi qəhrəman.  O qəhrəman ki,  "Necəsən?"rədifli şeirin yaddaşlarda qalan ilkin  variantını yazmış, "Səndən savayı", "Bir qız bir oğlanındır", " Qurban olum", ""Sənsiz", "Min yaşasın", "Axtarır səni" kimi dillər əzbəri olmuş mahnı yazarı,  məhum sənətkarımız Rasim Kərimlidən söhbət gedir:
"Uyub yad sözünə, yaman sözünə,
Məni Qəm oduna salan, necəsən?
Tərlan gəncliyimi güdaza verib,
Salanda qeydinə qalan, necəsən?..." -qoşması uzun illər keçsə də dildən düşmədi, yaddan çıxmadı. Ruhən aşıq, qəlbən nəğməkar şair,  saz, zurna-balaban, qarmon və piano ifaçısı, həqiqi bir pedaqoq xalq xəzinəsinə öz töhfəsini verərək köçdü. Ruhu şad olsun. 
Nəhayət bu cür ucuz şou qurbanı olmamaq üçün, belə halların qarşısını almaq üçün orijinallığa önəm vermək, şəxsiyyət və ləyaqət prinsiplərini pozmadan, başqasının əsərinə istinad edərkən onun xatirini xoş tutmaq savabdır. Kimsənin haqqına girməyin və onun zəhmətini hədər etməyin də günah olduğunu bildiyinizə əminəm.
Bacardıqca imkanlarınızı səfırbər edərək,  tamamilə fərqli üslubda, kimsəni təkrarlamadan ortaya yeni bir əsər qoymağı çalışın.  Əks halda tükənməkdə olan,  mövzu qıtlığı çəkən müəlliflərın daha çox bu ttip əcrübədən yararlanmaq cəhdi, karlı çıxmaq çabasının rəzalət, utancla nəticələnməsi qaçılmazdır! 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar