Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.
Manevr.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:
"Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".
Sonda Bəcirəvan bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi qərara alınıb.
Qeyd edək ki, Bəcirəvan bələdiyyəsinin tərkibinə Ağcüyür və Bəcirəvan kəndləri daxildir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar