Xəbər lenti
Ümidlərim çilik-çilik olub töküldü sənin otuz üç yaşına - Təranə Dəmirin şeiri
***
Fuadımın böyük qardaşı Vüqarımın əziz xatirəsinə. Hiss etdiklərim və yaşadıqlarım...
O gecə saatın əqrəbləri
2 -nin üstündə ilişib qaldı,
Tutub çəkə bilmədim səhərə sarı.
Adını pıçıldadım Göy üzünə
ən azı min kərə o gecə,
Səni Tanrıya, ulduzlara, aya,
səmaya tapşırdım,
Səsim göy üzündə azdı.
Başımın üstündə dayanıb
sakit-sakit üzümə baxdı qaranlıq,
Kimsə Göy üzünə daş atmışdı deyəsən,
O gecə pəncərəmdən işıq düşmədi.
Kölgə xatirələr boylandı zülmətin
dörd tərəfindən,
Dolandım yarımçıq arzularının başına,
Çıxa bilmədim sənsizlikdən.
Qaldım gecəylə səhərin arasındakı alatoranda,
Ümidlərim çilik-çilik olub
töküldü sənin otuz üç yaşına.
Təranə Dəmir
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar