Sizin Reklam Burada
Xəbər lenti
04-02-2025
03-02-2025
BÜTÜN XƏBƏRLƏR

Orduda döyüş texnikaları və silahlar yoxlanılıb - VİDEO

Tarix: 04-02-2025 15:52     Baxış: 318 A- / A+
Orduda döyüş texnikaları və silahlar yoxlanılıb - VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, döyüş bayrağı sıra meydanına gətirilib.
Tədbirlərdə Müdafiə Nazirliyi rəhbərliyinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, yeni tədris üsul və metodlarının seçilməsi ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Müasir taktiki üsulların işlənilməsi, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin, həmçinin intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Sonda yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, şəxsi heyətin təchizatı, eləcə də rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılıb.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar