Azərbaycan qanunvericiliyində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilir.
Manevr.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.
Xəbər lenti
18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərlə bağlı yenilik
Qeyd edilib ki, bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar