Xəbər lenti
Daha bir idmançımızın medalı keyfiyyətsiz çıxdı - Geri qaytarır/ FOTO
"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü".
Manevr.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib
Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:
"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".
O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:
"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".
Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar