Xəbər lenti
İmişlidəki qəzada ölən məktəblilər qohum olublar
Xəbər verdiyimiz kimi, dünən İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sözügedən rayonun Yalavac kəndində xidmət aparan DYP avtomobili yol kənarında olan İ.Səfərov adına tam orta məktəbin şagirdlərini vurub. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Manevr.az xəbər verir ki, metbuat.az hadisə ilə bağlı yeni məlumatlar əldə edib.
Hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri Mireliyeva Zümrüd Valeh qızı, digəri isə onun qohumudur.
Qəza nəticəsində Zümrüdün xalası qızı da ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumatda o da qeyd edilir ki, Zümrüd Mirəliyeva İmişli Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Rövşən Mirəliyevin qardaşının övladıdır.
Qəzada həyatını itirən Zümrüddən başqa ailədə daha 4 qız böyüyürmüş.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar