Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi... -Qazaxın kəndlərinə görə... 

Tarix: 23-04-2024 22:30     Baxış: 356 A- / A+
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... "Ermənistanın hazırkı hökuməti Nikol Paşinyanın rəhbərliyi altında Tavuş mərzindən ərazilərin Azərbaycana verilməsi ilə bağlı daha bir dövlətə ziyan vuran və cinayət məsuliyyətinə cəlb olunan proses elan edib".

Bu barədə Ermənistanın XIX əsrin sonlarından bəri Türkiyə Azərbaycandakı türklərə, müsəlmanlara qarşı terrorla məşğul olan "Daşnaksütyun" partiyasını üzdəniraq ali orqanı bəyanat yayıb.

"Birtərəfli güzəştlər gündəminə qarşı Tavuşda formalaşan xalq müxalifətinə dəstəyini ifadə edərək qeyd edirik:
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi sərhədin delimitasiyası komissiyası yaradılmasının hüquqi əsaslarına görə məsləhətçi orqandır və Ermənistan Respublikasından başqa dövlətə və ya Ermənistan Respublikasının dövlət sərhəd xəttini müəyyən etmək, hər hansı ərazinin Azərbaycan Respublikasının suveren yurisdiksiyasına verilməsi ilə bağlı razılıq vermək və ya qərar qəbul etmək səlahiyyətinə malik deyil.. Bunun əksi isə səlahiyyətdən sui-istifadə və cinayət əməlidir". - bəyanatda daha sonra belə deyilir.

Bəyanatda daşnaklar həmçinin Baş nazir Nikol Paşinyanı ömürlük həbslə hədələyirlər:

"Biz Nikol Paşinyana və prosesdə iştirak edən bütün şəxslərə elan edir və xəbərdarlıq edirik ki, referendum olmadan Ermənistan Respublikasının suveren yurisdiksiyasında olan hər hansı ərazinin dəyişdirilməsi (başqa dövlətə verilməsi) və ya bu istiqamətdə həyata keçirilən hər hansı hərəkət yalnız etibarsız deyil, həm də Ermənistan Respublikasının konstitusiya quruluşuna zidd sayılır və dövlətin təhlükəsizliyinə qarşı ömürlük həbslə cəzalandırılan xüsusilə ağır cinayətdir" moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar