Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video

Tarix: 02-05-2024 17:20     Baxış: 361 A- / A+


   
Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb.
DİN-dən verilən məlumata görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə Azərbaycan Respublikasının ərazisinə gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.
Araşdırmalarla məlum olub, M.Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-Lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.
Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar