Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Atası tərəfindən evinin zirzəmisində saxlanılaraq illərlə təcavüz edilən qız 7 uşaq dünyaya gətirdi - ŞƏKİL

Tarix: 02-05-2024 16:21     Baxış: 4102 A- / A+
Avstriyada öz qızını evinin zirzəmisinə kilidləyərək illərlə təcavüz edən və onunla 7 uşaq dünyaya gətirən "əsrin pozğunu" Josef Fritzlin həbs olunduqdan 15 il sonra həbsdən çıxma ehtimalı dünya ictimai rəyində müzakirələrə səbəb oldu.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, 2009-cu ildə Josef Fritzlin illərdir evinin zirzəmisində saxladığı qızına və qızının zorakılıq nəticəsində dünyaya gətirdiyi uşaqlara qarşı etdiyi hərəkətlər dünya ictimai rəyində böyük reaksiyalara səbəb olub.

Fritzl qızını Avstriyanın Amstetten şəhərindəki evinin zirzəmisində 24 il həbs edib. Doğulan 7 uşaqdan 3-ü zirzəmidə anaları ilə birlikdə əsir həyatlarını davam etdirib. Bu arada uşaqlardan biri dünyasını dəyişib. Bildirilib ki, Fritzl ölən uşağın cəsədini də yandırıb.

Evinə polis basqın edən Fritzl qohumluq, zorlama, haqsız yerə həbs, əsarət və övladlarından birinin ehtiyatsızlıqdan ölümünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Yanvarda rayon məhkəməsi Fritzlin adi həbsxanaya köçürülməsi ilə bağlı ərizəsini təsdiqləsə də, mart ayında bu qərar ləğv edilib.

Josef Fritzlin cəzasının şərtlərinə görə, "əsrin pozğunu" kimi tanınan cinayətkar bu il şərti azadlığa buraxılacaq. Yekun qərar hələ verilməsə də, 88 yaşlı Fritzlin bu il azadlığa çıxacağı gözlənilir. Məhkəmə sistemini iki yerə bölən bu inkişaf bütün dünyada ictimai reaksiyalara səbəb oldu. İçəridən çıxan bu azğınlığa heç kim dəstək vermir.

Fritzlin vəkili Astrid Wagner yanvarın 25-də Avstriya ədaləti qarşısında "artıq təhlükə yaratmadığını" elan etdi. O izah edib ki, hakimlər onun qocalmasını və demensiyanın başlamasını əsas gətirərək psixiatriya ekspertinin rəyinə əsaslanıblar. "Bu, mühüm ilk addımdır. O, indi ənənəvi həbs rejiminə məruz qalmalı və müntəzəm müayinələrdən keçməlidir" deyən vəkil, müvəkkilinin "çox təsirləndiyini" əlavə etdi.

Daxili işlər naziri James Cleverly Josef Fritzl-i "canavar" kimi təsvir etdi və avstriyalı cinsi cinayətkarın Böyük Britaniyaya köçmək arzusunu həyata keçirməsinə heç vaxt icazə verilməyəcəyini söylədi.

Nigar
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar