Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gözaltı qaralarının yaranma səbəbləri - Həkimdən açıqlama

Tarix: 02-05-2024 18:28     Baxış: 388 A- / A+
Gözaltı qaralarının yaranma SƏBƏBLƏRİ - Həkim AÇIQLADI

İnsanların bir çoxu gözaltı qaralarının olmasından narahatdır. Onlar gözaltı qaraları, əsasən, hər hansı bir xəstəliklə əlaqələndirirlər.
 
Bəs gözaltı qaraların yaranma səbəbləri nədir?
 
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a danışan Nigar Abdullayeva bildirib ki, gözaltı qaraların yaranmasının əsas səbəbi çox vaxt dermatoloji problemlərlə əlaqədardır.
 
“Gözaltı dərisi şəffaf olduğu üçün kapilyar damarlar tez hiss olunur. Gözaltının qaralması həmin kapilyarlarla bağlıdır. Bəzi xanımlarda isə o damarlar nisbətən qabarıq olduğu üçün onlarda gözaltı qaralar daha tünd rəngdə olur. Bu qaralmaların digər bir səbəbi isə yeyilən qidalar ilə əlaqədardır. Çox yağlı və duzlu qidalar qəbul etmək gözaltı qaraların çoxalmasına səbəb olan faktorlardan biridir. Stress və yuxusuzluq da gözaltı qaralmalarına və şişkinliyə təsirsiz ötüşmür".
 
Dermatoloq qeyd edib ki, həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq göz altında qaralar yaradır.
 
"Yuxusuzluq zamanı dəri solğunlaşır, nəticədə isə dərialtı tünd toxumalar nəzərəçarpacaq dərəcədə görünməyə başlayır. Bəzən allergik reaksiyalar və göz quruluğu da gözaltı qaraların yaranmasına təkan verir. Gözaltı qaraları müalicə etmək üçün ilk onun yaranma səbəbi müəyyən edilməlidir. Sırf dermatoloji problemdirsə, daha yüngül variantlarla ev şəraitində fərqli metodların tətbiqi mümkündür. Normal yuxu və istirahət rejiminin bərpası kimi üsullar vəziyyətin irəliləməsinin qarşısını alır. Bütün bunlara cavab verməyən gözaltı qaralmalar üçün lazer və işıq dolğusu ilə müalicə üsullarından istifadə edilir”.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar