Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Taxvelinin ölüm səbəbi AÇIQLANDI - İstintaq yeniləndi

Tarix: 23-04-2024 20:20     Baxış: 460 A- / A+

Bir müddət əvvəl müalicə olunduğu psixatriya xəstəxanasında vəfat edən "Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. 


Manevr.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirlən iclasda mərhum müttəhimin anası Gülarə Məmmədovanın hüquqi varis qismində tanındığı elan edilib.


Xatırladaq ki, Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürməkdə ittiham olunur. Bu hadisə 2018-ci ildə baş verib. Taxveliyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Lakin təqsirləndirilən şəxs hadisədən sonra anlaqsız vəziyyətdə olduğu təsdiq olduğu üçün məhkəmə istintaqı yarımçıq dayandırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Taxveli haqda ixtisaslaşdırılmış psixi xəstəxanada məcburi müalicə qərarı qəbul edilib. 


4 il sonra - bu gün iş üzrə məhkəmə prosesi davam edib. 


Sədrlik edən hakim Rasim Sadıxov ilk olaraq mərhum müttəhimin ölüm səbəbini açıqlayıb. Məlum olub ki, R.Taxveli ürəyin işemik xəstəliyindən vəfat edib. 


Prosesin davamında Taxvelinin anasının məhkəməyə gəlmək istəmədiyi barədə ərizə göndərdiyi elan edilib. Onu qanuni nümayəndəsi təmsil edib.

Tərəflərin razılığı ilə dayandırılmış məhkəmə istintaqı yenilənib. 


İş üzrə baxış iclası mayın 14-nə təyin edilib.


Qeyd edək ki, Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi. Arvadı Adelya Taxveli isə mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar