Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

1 il ötdü - Ermənistanın uğursuz "blokada" şousu, Azərbaycanın qətiyyətli addımı

Tarix: 23-04-2024 11:29     Baxış: 368 A- / A+


Bugün ərazi bütövlüyümüzün tam təmin olunmasında 44 günlük müharibənin rolu danılmaz olsa da, ondan sonrakı proseslərin də rolu böyükdür. Məhz, ötən ilin bu günündə Laçında sərhəd-keçid məntəqəsinin açılması bu kimi önəmli addımlardan biri idi. Bu məntəqənin açılması ilə böyük təxribatların qarşısı alınıb.
Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edib. Onlar 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olmasına baxmayaraq bu yol vasitəsi ilə Azərbaycan ərazilərindəki separatçılara silah-sursat göndərib. Azərbaycan Laçında Ermənistanla sərhəddə buraxılış məntəqəsini qurmaqla bizə məxsus ərazilərdə qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatını müəyyən qədər məhdudlaşdırıb.
Azərbaycanın bu addımına görə ölkəmizə xeyli təzyiqlər olub. Ermənilər bunu "blokada" kimi dünyaya car çəkiblər. Özləri qaydaları pozsalar da, Azərbaycanı haqsız tərəf kimi göstərməyə çalışıblar. Lakin, beynəlxalq hüquq normalarına tam uyğun olan bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi. Eləcə də, bu məntəqənin ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesinin başlanmasında böyük rolu olub.

Ermənistan, separatçı qüvvələr, Ermənistanı himayə edən dairələr "Laçın" məntəqəsinin qanunsuz olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayıblar. Əsasız olaraq rəsmi Bakının Qarabağda yaşayan erməniləri "humanitar böhran" vəziyyətinə saldığını, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin "acından öldükləri" ilə bağlı informasiyaları tirajlamaqla beynəlxalq təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırıblar. Amma bu cəhdlər də bir fayda verməyib.
Ölkə başçımız çıxışı zamanı Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılmasını güclü siyasi iradəmizin göstəricisi olduğunu bildirib. Ötən il iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib ki, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə, güc, məntiq, beynəlxalq hüquq dayanıb və hər növbəti addım əvvəlki addımın məntiqi davamıdır.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar