Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artist reanimasiyaya yerləşdirildi – Şəkil

Tarix: 22-04-2024 16:16     Baxış: 3130 A- / A+

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib.
Manevr.az bildirir ki, bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib.
Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib:
“Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimin məsləhəti ilə evdə süni oksigen aparatına qoşulurdu. Axır vaxtlar həmin aparatdan çox istifadə etdiyi üçün ürəyində kəskin problem yaranmışdı. Atamın qəfil vəziyyəti pisləşdi, təcili yardımla Bakıdakı özəl klinikalardan birinə yerləşdirdik. Hazırda reanimasiyadadır, oksigen aparatına qoşulub. Həmin klinika çox bahalıdır, biz onun müalicə xərclərini ödəyə bilmirik. Son bir həftə ərzində onun müalicəsinə 10 min manatdan çox pul xərcləmişik. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, atamın müalicəsinə köməklik göstərsinlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar