Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə dinimiz necə baxır?

Tarix: 21-04-2024 14:58     Baxış: 362 A- / A+

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub.
Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir.

Manevr.az xəbər verir ki, bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Globalinfo.az-a deyib ki, bir insan vəfatından öncə hər hansı vəsiyyət edə, mal-mülkünün kimə qalmasını deyə, geyimdə dəfn olunmasını istəyə bilər; əgər insanın şəxsi istəkləri ənənələrə uyğun gəlirsə, məqbul sayılır, uğun gəlmirsə, həmin istək və tələb yerinə yetirilmir:
"Öz paltarında dəfn olunan yalnız şəhidlərdir, onlar öz geyimlərində Allahın hüzuruna göndərilə bilərlər. Onlardan başqa peyğəmbərlərin belə, bütün digər müsəlmanlar kimi, dünyəvi paltarları əyinlərindən çıxarılıb, kəfənli və cibsiz halda namazla, qüsulla bir yerdə axirətə göndərilirlər. İslamın qaydası budur".
İlahiyyatçı paltarda dəfn edilmənin qadağan olunmasının izahını belə verib:
"Paltar bu dünyaya aidddir. Bir insan dünyasını dəyişən zaman artıq dünyaya bağlı olan geyimlərə, əşyalara son qoyulur. Orada kostyum, qalstuk, ayaqqabının rəngi, ziynət əşyaları və s. hamısı bədən üçün yükdür. Onların heç birinin adama xeyri yoxdur, əksinə, ziyanı var. Geyimlə dəfn olunmaq o deməkdir ki, "ey Allahım, sən belə istəmisən, amma mən sənin dediyin kimi istəmirəm, öz istəyimlə gəlməyə üstünlük verirəm". Bu baxımdan da bilərəkdən belə etmək doğru deyil. Ona görə də dinimiz bunu caiz görməyib".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar