Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəmizdə su təsərrüfatının inkişafında yeni bir mərhələ başlayır – Millət vəkili

Tarix: 19-04-2024 10:15     Baxış: 368 A- / A+


Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışında ölkəmizin bu sahədə qarşıda duran hədəflərindən bəhs edib. Sözsüz ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Eyni zamanda 1958-ci ildə inşa edilmiş Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərdiyi üçün yararsız vəziyyətə düşmüşdü. İndi isə faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Cənab Prezident də suvarma kanalının təməlqoyma mərasimində məhz bu məsələləri gündəmə gətirdi.
Manevr.az bildirir ki, bunu Milli Məclisi deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, məhz bu kanalın inşası nəticəsində Hacıqabul gölü də dolacaq və təbiətə çox müsbət təsir edəcək: “Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Bu kontekstdə həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr bu qəbildəndir. Şimal, Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Bu xüsusda Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsidir. Gələn ildən inşasına başlanan Qarabağ kanalı isə 115 min hektarı əhatə edəcək. Bütün bunlar qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi baxımından önəmlidir”.
Deputat iqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıqların olduğu dövrdə Azərbaycanda bu sahədə atılan addımların xüsusi önəmli olduğunu söyləyib: “Ölkəmizdə yağıntıların normal səviyyədə, çaylarda sululuğun olmasına baxmayaraq Xəzər dənizinin dayazlaşması baş verir. Bu amil su ehtiyatlarından səmərəli istifadəni də qarşıya məqsəd kimi qoyur. Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb. Qazlaşdırma, elektrik enerjisi ilə təminat baxımından lazımı işlər görülüb. Yeni, müasir yollar çəkilib ki, bu da insanların rahatlığına xidmət etməklə yanaşı bütün sahələrin inkişafına müsbət təsir edən amillərdəndir. Bu gün ölkəmizin bütün su ehtiyatları dövlətimizin öz nəzarətindədir. Vaxtilə Ermənistan torpaqlarımızla yanaşı su resurslarını da işğal etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərinin nəticəsində ölkəmiz özünün su mənbələrimizə tam sahib olub. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi daxili mənbələr hesabına formalaşmasıdır. Artıq erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli rayonundakı Köndələnçay su anbarı, inşası davan edən Zabuxçay su anbarı, Suqovuşan su anbarı ölkəmizdə su təminatına müsbət töhfə verəcək”.

Millət vəkili vurğulayıb ki, Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur: “Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər görülür. Yaşayış evləri, infrastruktur, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanlarının inşası dövlətimizin gücünü, iradəsini göstərir. Təbii ki, şirin su mənbələri ilə yanaşı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüslərindən biridir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə ediləcək. Bütün bunlar ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın artmasına təsir edən başılıca amillərdir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Bu da geri qayıdan insanların həyat və fəaliyyətinin təminatında mühüm amildir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar