Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat İnstitutunda Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr mövzusunda konfrans keçirilib - ŞƏKİLLƏR

Tarix: 29-04-2024 20:32     Baxış: 4207 A- / A+
 




AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr” mövzusunda konfrans keçirilib.

Manevr.az bildirir ki, Konfransda bir sıra pakistanlı alimlər, müxtəlif elm və təhsil ocaqlarını təmsil edən ziyalılar iştirak ediblər. Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu konfrans Azərbayca-Pakistan əlaqələrinə həsr olunmuş dördüncü konfransdır. İlk konfransı pakistanlı qonağımız olmadan 2017- ci ildə keçirmişdik. Lahor Universiteti ilə həm Bakıda, həm də Lahorda konfranslar keçirmişik. Pakistan Ədəbiyyat Akademiyasının başqanı olmuş professor Yusuf Xuşun da adını çəkmək istərdim. Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında qərar qəbul etdiyini xatırladıb. Bildirib ki, ölkədə və dünyada Məhəmməd Füzuli konfransları keçirilir.

Bu kofrans da Füzulinin 530 illiyinə həsr olunub. Məhəmməd Füzuli XVI əsrdə yaşayıb-yaratmış böyük qəzəl ustadıdır. “Leyli və Məcnun” poeması ona dünya şöhrəti qazandırmışdır. Sultan Baho da Pakistanın Məhəmməd Füzulisidir. Bu gün onların hər ikisinin xidmətlərini müqayisəli şəkildə ilk dəfə Azərbaycan cəmiyyətinə çatdıracağıq. İnstitutumuzda Pakistan mərkəzi də var, orada Pakistana aid çoxlu kitablar toplanıb. Bu konfrans da Pakistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin yeni səhifəsi olacaqdır. Əlavə edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin davamçısı İmadəddin Nəsimi əsərlərini üç dildə yazmışdır. Nəsimi ərəb və farsca əsərlər yazsa da, nə ərəbdir, nə də fars, azərbaycanlıdır. İmadəddin Nəsimidən böyük Azərbaycan şairi kimi bəhs etdiyinə görə qonaqlara təşəkkür edib. Bu konfransdan sonra 12 min adda 5 min əlyazma qorunan Əlyazmalar İnstitutunu da göstərəcəklərini bildirib.

Pakistanlı alimlərdən Muslim İnstitutunun sədri Sahibzadə Sultan Ahmed Ali “Məhəmməd Füzuli və Sultan Baho yaradıcılığı Azərbaycan-Pakistan ədəbi əlaqələri kontekstində” geniş məruzəsində əlaqələrin tarixindən və bu günündən söz açıb. Lahor Urdu Kollec Universitetinin dosenti, dr. Safeer Heyderin “Sultan Bahonun mistik simfoniyasında insan mənliyinin əksi” adlı məruzəsi maraqla qarşılanıb. Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Azərbaycan-Pakistan ədəbi əlaqələri keçmişdən bu günə” adlı geniş məruzə edib. Qeyd edib ki, Azərbaycanla Pakistanı bir-birinə yaxınlaşdıran təkcə dini, milli yaxınlıqlar deyil, həm də keçmişimizdir, eyni tarixdən gəlməyimizdir. Xalqlar arasındakı yaxınlıq onların ədəbi-mədəni əlaqələrində də eyni dərəcədə təzahür edir. Bu baxımdan Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin böyük bir keçmişi vardır. Məhz bu keçmişin üzərində dayanaraq biz həm də gələcəyimizi qururuq. Hər iki xalqın gələcəyə yönəlik baxışları onların ədəbiyyatında, mədəniyyətində də dərin iz buraxmışdır.

Pakistanda Azərbaycan klassikləri Nizami Gəncəvi, Nəsimi, Füzuli, C.Məmmədquluzadə və b. yaradıcılığı öyrənildiyi kimi, Azərbaycanda da Pakistanın filosof şairi Əllamə Məhəmməd İqbal yaradıcılığı öyrənilir və nəşr edilir. Bu tanıtım prosesinin böyük bir keçmişi vardır. C.Məmmədquluzadənin hekayələri urdu dilinə tərcümə edilmişdir. Azərbaycan öz müstəqilliyini 1918-ci ildə qazandıqda dövlət bayrağında “türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü formuluna, Pakistan isə “islamlaşmaq, millətləşmək və müasirləşmək” formuluna üstünlük vermişdir. Göründüyü kimi, üst-üstə düşən və bir-biri ilə səsləşən bu formullar bu gün də uğurla davam etdirilir. Vrije Universiteti Brüssel təmsilçisi, professor Filip Hambl çıxış edərək hər iki Şərq mütəfəkkiri haqqında fikirlər səsləndirib, Qərblə də əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıb. Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətlinin “Orta əsrlərdə Azərbaycan-Pakistan siyasi və mədəni əlaqələrinə bir baxış”, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlının “Məhəmməd Füzuli və Türk dünyası”, BDU-nun Şərqşünaslıq fakultəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Eldost İbrahimovun “Həzrət Sultan Baho yaradıcılığında tərbiyəvi ideyalar” mövzusunda məruzələri ilə konfrans davam edib. Gülnar Səma AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi

Manevr.az














Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar