Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ordusunda əsgər çatışmazlığı - xəstə əsgərlər...

Tarix: 19-04-2024 09:01     Baxış: 460 A- / A+
 Ağıldan kəmlərin də hərbi xidmətə cəlb edilməsinə məcbur qaldılar.

Aprelin 18-də Ermənistan hökuməti hərbi xidmətə çağırış meyarlarının dəyişdirilməsi barədə qərar qəbul edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yeni nizamnaməyə əsasən, yüngül əqli geriliyi, kəllə sümüyü kistinin əlamətləri, beyin şişləri və əvvəllər yararsız sayılmağa əsas sayılan digər problemləri olan şəxslər bundan sonra hərbi xidmətə yararlı hesab olunacaqlar.

Ermənistan Müdafiə Nazirliyindən gələn məlumata görə, bu səbəblərə görə xidmətdən azad edilənlərin sayı ildən-ilə artır. Əgər 2020-ci ildə yüngül əqli geriliyə görə 188 çağırışçı buraxılıbsa, 2022-ci ilin qış çağırışında bu rəqəm 321-ə yüksəlib.

Yeni qaydalara əsasən, artıq bu əlamətləri olan şəxslər məhdudiyyətlə hərbi xidmətə yararlı hesab olunacaqlar.
Ağdamdakı Monitorinq Mərkəzi ləğv olunur? - açıqlama
Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirib ki, Ermənistan hökumətinin hərbi xidmətə çağırış meyarlarının dəyişdirilməsi barədə qərar qəbul etməsi məcburiyyətdən qəbul edilən qərardır. Bu qərarın verilməsinin bir sıra səbəbləri var: “Ermənistan mediası Müdafiə Nazirliyindən verilən məlumata istinad edərək yazır ki, səbəblərdən biri yarasız elan edilib hərbi xidmətdən azad edilənlərin sayının ildən-ilə artmasıdır. Bu əslində bir etirafdır. Bu onun etirafıdır ki, Ermənistanda hərbi xidmətə çağırış yaşı çatmış vətəndaşlar hərbi xidmət etmək istəmirlər, müxtəlif yollarla hərbi xidmətdən yayınmağa çalışırlar və bu tendensiya ilbəil artır. Bu, həm də onun etirafı hesab edilməlidir ki, Ermənistanda hərbi çağırışda rüşvətxorluq, qanunsuzluq hökm sürür. Vətəndaşlar qanunsuz yollara əl ataraq rüşvət müqabilində övladlarını hərbi xidmətdən yayındırırlar. Ermənistan hökumətini məlum qərarı verməyə məcbur edən daha bir səbəb Ermənistanda demoqrafik vəziyyətin ildən-ilə ağırlaşmasıdır. Ermənilərdə əhalinin sayı artmır, əksinə azalan xətt üzrə proses gedir. 

Bütün bu qeyd etdiyimiz səbəblər artıq gətirib elə vəziyyət meydana çıxarıb ki, Ermənistan silahlı qüvvələrində əsgər çatışmamazlığı yaşanır. Ermənistan Müdafiə Nazirliyi qoşun növlərinin komlekləşdirilməsində problemlərlə üz-üzə qalır, hərbi hissələrinin əsgərlə təmin edilməsində ciddi çətinlikləri var".

Ekspertin fikrincə, hərbi xidmətə çağırış meyarlarının dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəziyyəti ciddi şəkildə müsbətə dəyişə bilməyəcək. Bu qərar Ermənistanda vətəndaşların ölkəni tərk edib xaricə üz tutma tendensiyasını bir qədər də tətikləyəcək. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar