Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

1 saylı tam orta internat məktəbinin direktoru cərimələnib

Tarix: 15-04-2024 22:41     Baxış: 373 A- / A+

1 saylı tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev cərimələnib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti direktora İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. 

192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Bu maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İsmayıl Əliyevə hansı məbləğdə cərimə yazıldığı məlum deyil. 

Məlum olan odur ki, direktor dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, qərarla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. 

İsmayıl Əliyevin şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Vüsal Tağıyevin icraatındadır. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar