Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

V “Raquf Orucov kuboku” beynəlxalq turniri keçiriləcək

Tarix: 29-04-2024 20:17     Baxış: 367 A- / A+

Aprelin 30-da Bakı İdman Sarayında cüdo üzrə V “Raquf Orucov kuboku” klublararası beynəlxalq turnir keçiriləcək. 
Manevr.az xəbər verir ki, turnir 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenleyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilir. 

Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan ənənəvi turnirdə ölkəmizlə yanaşı, Türkiyənin, Rusiyanın, Türkmənistanın, Macarıstanın və Gürcüstanın klub komandaları iştirak efəcəklər. 

Xatırladaq ki, dostluq, əməkdaşlıq, vətənpərvərlik ruhu aşılayan turnirin əsası 2017- ci ildə qoyulub. İdman ictimaiyyətinin böyük maraq göstərdiyi turnir 2018, 2019-cu illərdə də keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra, ötən ilin noyabrında – ölkəmizin ərazi bütövlyünün və dövlət suverenliyinin tam bərpa olunduğu bir dövrdə isə turnir yenidən bərpa olunub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar