Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alimin rəhbərliyi altında su üçün maddənin yeni kristal-maye hibrid aqreqat halı kəşf edilmişdir

Tarix: 15-04-2024 10:11     Baxış: 383 A- / A+
Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Qazaxstan Respublikasında Çin və Qazaxstan şirkətləri tətəfindən təşkil edilən “Nanoekotexnologiyalar laboratoriyası”-nın direktoru Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında 2012-2023-cü illər ərzində aparılan tədqiqat nəticəsində bir qrup Azərbaycan, Çin (“Sinopek” şirkəti) və Qazaxstanın alim və qabaqcıl mütəxəssislərinin iştirakı ilə nəzəri və tətbiqi nanokolloid kimyası bazasında su üçün maddənin yeni kristal-maye hibrid aqreqat halı ilə bağlı Elmi Kəşf Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının kəşflər üzrə Beynəlxalq Ekspertiza Şurasının 05.10.2023-cü il tarixli qərarı ilə qeydiyyatdan keçmişdir. Bu Elmi Kəşflə bağlı ATEA prezidenti tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə rəsmi məlumat ünvanlandırılmışdır. Həmin Elmi Kəşf üzrə məqalə Amerika Kimya Cəmiyyətinə məxsus jurnalda dərc edilmişdir. 

Suyun kristal-maye hibrid aqreqat halında formalaşması yüksək davamlılığa malik emulsiya və suspenziyaların nanodispers fazalarında baş verir. Məhz bu səbəblərdən tətbiqi kolloid kimyasına çətin parçalanan su-neft nanoemulsiyaları, çətin parçalanan su-neft nanosuspenziyaları (ilk dəfə), hidrofil polimerlərin nanotorlarında absorbsiya olunmuş sudan ibarət (99,6-99,7%) uzun müddətdə (illərlə) çətin parçalanan su-polimer nanosuspenziyaları (ilk dəfə) adlı anlayışlar daxil edilməklə yanaşı, bəzi yataqlarda qeyd edilən nanokolloidlər neftin ilkin hazırlanması şəraitində ciddi ekoloji və texnoloji problemlərə səbəb olurlar. Bu poblemlər müəlliflərin digər Elmi Kəşfləri vasitəsi ilə öz həllini tapmışdır. Hal-hazırda professor R.A.Daşdiyevin rəhbərliyi altında qeyd edilən Elmi Kəşfin bütövlükdə qarşıya qoyduğu məsələlərlə bağlı məqsədyönlü innovasiya tipli frontal tədqiqatlar davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar