Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə Əkrəm Əylisliyə “Vətənə xəyanət” maddəsi nə zaman açılıb ki?

Tarix: 30-03-2024 11:57     Baxış: 2414 A- / A+
                              Emil Rasimoğlu

Bu günlərdə Əkrəm Əylisli ilə bağlı yazdığım qısa fikirlərə əksəriyyət “adəti” üzrə “dar quyunun” içindən, müəyyən “maraqlardan” baxır... və yenə “top-tüfəng” səsi eşidirəm.

...Bir nəfər desin görək, bu ölkədə Əkrəm Əylisliyə “Vətənə xəyanət” maddəsi nə zaman açılıb ki?
Niyə küyə gedirsiniz?.. Elə bir zaman da ona qarşı atılan “addımlar” pafosdan, hay-küydən başqa heç nə deyildi.

Əkrəm Əylisli kimi (məhz Əkrəm Əylisli kimi!) bir YAZIÇInın adına “xəyanətkar” damğası vurmaq (hətta adını çəkməkdən “qorxmaq”!) sadəcə kortəbiilikdir, sənətin fərqinə varmamaqdır...

Bitməlidi “Əkrəm xofu”, “yaradılmış” vahiməli “Əkrəm mifi”nin “erası”...

O sənətkardı... Bir sənətkarın ədəbiyyat, sənət tərəfi toxunulmazdı. Çünki sənət ümumbəşəridi — tək bir xalqın, millətin deyil, mütaliə edib, fərqinə varan, dərk edən hər kəsindir.

Əkrəm Əylisli YAZIÇI MİSSİYASIna sadiq olan... və (bir daha təkrar edirəm) müasir ədəbiyyatımızı yaradan (məhz yaradan!), ədəbi prosesə təsir göstərməyi bacaran azsaylı İmzalardandı.

P.S:Əslində düşünürəm ki, Əkrəm Əylislinin yandırılmış (eləcə də “itirilmiş”) bütün kitabları yenidən ardıcıl olaraq nəşr edilib, öz ünvanına qaytarılmalıdı...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar