Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qadın sərnişinə zor tətbiq edən "Prius" sürücüsü CƏZALANDIRILDI

Tarix: 15-08-2022 22:56     Baxış: 3223 A- / A+
Bakıda "Prius" sürücüsü ilə qadın sərnişini arasında baş verən mübahisənin təfərrüatı bəlli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polisin keçirdiyi tədbirlərlə "Toyota Prius" markalı avtomobilin sürücüsü müəyyən olunub:

"Araşdırma zamanı məlum olub ki, sürücü mübahisə etdiyi şəxslə əvvəldən tanışdı. Onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Həmin qadın onun müştərisi olmayıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub".

Qeyd edək ki, bu maddənin tələblərinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar