Xəbər lenti
Ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biri
"Ölkə rəhbərliyinin siyasi iradəsindən irəli gələn Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır, nəinki respublikamızda, həm də beynəlxalq aləmdə ciddi araşdırılır, izlənilir."
Manevr.az sözügedən mövzu ilə bağlı “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsisçisi və sədri, tədqiqatçı jurnalist, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Çiçəyin (İsbəndiyarova) fikirlərini təqdim edir:
"Prezident İlham Əliyev tərəfindən son illər reallaşdırılan islahatlar respublikamızın sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edib. Ölkə başçısının bu növbəti yeni islahatları ilə şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyur. Bu isə ölkəmizin geniş ictimaiyyəti tərəfindən dərin rəğbətlə izlənilir.
Bütün dünyada olduğu kimi, bəzi məmurların bürokratik maraqlarından irəli gələn, korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların Azərbaycanda aradan qaldırılması əsas hədəflərdən biri kimi götürülən islahatlara qarşı cəmiyyətin mənfi ünsürlərinin dezinformasiyası artıq göz qabağındadır. Belə qaraəməlli kəslərin dövlətçiliyimizə qarşı apardıqları mənfi işlər vətəndaş cəmiyyətinin qəti etirazı və müqavimətinə səbəb olur.
Ölkə rəhbərliyinin siyasi iradəsindən irəli gələn Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır, nəinki respublikamızda, həm də beynəlxalq aləmdə ciddi araşdırılır, izlənilir.
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən islahatlar, eləcə də korrupsiya ilə mübarizə sahəsində müvafiq proqramların, qanunvericilik aktlarının qəbul edilməsi, vəzifə mövqeyindən sui-istifadə edən məmurların işdən azad edilməsi, ictimai qınağa məruz qalan icra başçılarının həbsi yuxarıda qeyd edilənlərin sadəcə sözdə deyil, həm də əməldə əyani sübutu kimi qəbul edilir.
Bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, beynəlxalq təcrübələr ümumiləşdirilib, nüfuzlu qlobal təşkilatların tövsiyyələri nəzərə alınır. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində tədbirlər görülür.
Ölkə başçısının tapşırığı əsasında, ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi üçün Prezidentin köməkçisi Hikmət Hacıyevin ölkədə fəaliyyət göstərən QHT liderləri ilə ardıcıl virtual konfransları, islahatların daha da genişlənməsi baxımından maraq kəsb edir.
Prezidentin korrupsiya ilə mübarizə sahəsində bəyan etdiyi prinsiplər, qarşıya qoyduğu yeni vəzifələr və əldə olunmuş nəticələri ictimai müzakirəyə çıxarılması bir daha onu göstərir ki, vətəndaşlarımız da islahatların qızğın tərəfdarlarıdır.
Qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində aparılan ciddi fəaliyyətlər geniş əhali kütləsi tərəfindən həmişə dəstəklənib. Vətəndaşlar Azərbaycanın inkişaf etmiş sivil ölkələr sırasına qoşularaq qlobal xarakterli antikorrupsiya islahatlarına qatılmasını, bu vacib proseslərdə fəallığını dəyərləndirirlər.
Bu günlərdə üzvlərinin əksəriyyəti dəyişdirilmiş Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasının keçirilməsi genişləndirilən islahatların daha da sürətləndirildiyindən xəbər verir. Korrupsiyaya qarşı mübarizənin ölkədə gerçəkləşdirilən islahatlar kursuna tam cavab verməsi üçün yeni Milli Fəaliyyət Planının işlənməsinə başlanılıb. Dövlət Komissiyasının yanında ekspertlərdən və QHT nümayəndələrindən ibarət işçi qruplarının yaradılması da maraqla qarşılanıb. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib addım sayılsa da, respublikanın vətəndaş cəmiyyəti təsisatlarının fəal liderlərinin, QHT rəhbərlərinin bu proseslərə cəlb olunması islahatların uğurlu nəticələrindən xəbər verir.
Bir QHT rəhbəri olaraq biz də bu istiqamətdə ardıcıl qəbul olunmuş qərarların və verilən tapşırıqların korrupsiyaya qarşı mübarizənin səmərəliliyini yüksəldən addımlar kimi də qarşılayırıq. Müasir informasiya-kommunikasiya texnologiyalarından yararlanmaq, kreativ-innovativ həllərin tətbiqinin genişləndirilmək, ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilmək, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığı sürətləndirmək, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırmaq, maarifləndirmə tədbirlərinin davam etdirmək korrupsiyaya qarşı mübarizədə vacib və əhəmiyyətli amillərdəndir.
İnanırıq ki, islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək, Azərbaycanımızın inkişafına xidmət edəcəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar