Xəbər lenti
Amerikalı professor insan beyni haqqında maraqlı faktı üzə çıxartdı
Biz fərqinə varmadan yanımızda oturan insanın beyni ilə ünsiyyətdə ola bilərikmi?
Manevr.az publika.az-a istinadən xəbər verir ki, İllinoys ştatında, Şimal-Qərb universitetinin professoru Serf Moranonun müxtəlif insanların beyin neyroimpuslarının sinxronizmi araşdırmasının nəticələrinə inansaq, bu, mümkündür. Professor təxminən 10 il qərarların qəbulu prosesini öyrənib.
Alim aşkar edib ki, əgər insanlar bir-biri ilə çox vaxt keçirirsə, onların baş beynində neyronların fəallığı oxşar, bəzən isə demək olar ki, eyni olur.
"Əgər siz uzun müddət birlikdə vaxt keçirsəniz, hər iki beyin sinxron işləməyə başlayır", - deyə professor Serf iddia edib.
Sinxronlaşdırma
Tədqiqatların birində iki nəfər eyni bir videoçarxa baxıb, onların beyin fəallığının xarakteri olduqca oxşar olub. Bunu elektrik uyğunlaşdırılması adlandırmaq və kompüterin ekranında görmək olar.
Alimlər kompüterin ekranından qərarların qəbul edilməsi prosesində beynin hansı sahələrinin aktivləşdiyini görə bilər.
"Eyni filmə baxışdan, eyni kitabın mütaliəsindən və eyni həyati hadisədən cəmi iki həftədən sonra insanlar demək olar ki, eyni dil konstruksiyaları, oxşar emosiyaları və ümumi mövqeyini bölüşürlər" , - deyə Serf sözlərinə əlavə edib.
Professor hesab edir ki, həyatınızla bağlı verə biləciyiniz ən düzgün məqam onu kiminlə keçirməyi diqqətlə seçməkdir:
"Sizə yaxın olan insanlar həyatı qavrama anlayışınıza hansısa şəkildə təsir edir, özü də ki, bu təsiri sezmək və ya izah etmək çətindir. Əgər siz özünə yaraşmayan və ya pis tərəf müqabili seçmisinizsə və onunla 10 il keçirmisinizsə, bu fakt həyatınıza ciddi şəkildə təsir edir".
Serf öz tədqiqatlarında göstərib ki, həyatın hər hansı mərhələsində insan qərar verərkən kənar şəxslərin onun qərarına təsirini sonradan dərk edir.
Neyrobioloqun sözlərinə görə, bir çox adamların keçmişdə baş verənlərlə bağlı hekayələr uydurmaq, yaxud da özlərini verdiyi qərarların düzgün olduğuna inandırmaq bacarığı var:
“Elə insanlar var ki, həyatda çox ağır sınaqlarla üzləşsə də, onlar beynini inandırmağa nail olur ki, bu hadisələri təhlil etsin. Bu, xarici dünyadakı təcrübələri sintez etmək yoludur "deyir.
Bəs biz bunu etmək üçün beynimizi necə hazırlayırıq?
"Əgər əvvəllər etməmisinizsə, reallığı şərh etməyə başlamaq çətindir. Ən asan yol özünü bu bacarıqları olan insanlarla əhatə etməkdir. Onlarla kifayət qədər vaxt keçirsəniz, həyatdan daha çox məmnun olursunuz, nəticədə dünyaya eyni dərəcədə baxacaqsınız. Bu, tədricən və öz-özünə baş verir. Bunu bilinçli şəkildə etmək lazım deyil. Fərqli insan beyin fəaliyyətinin sinxronlaşdırmasının faydası elə bundadır” , - deyə amerikalı professor qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar