Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu müəllimlər işdən azad olunmalıdır”

Tarix: 31-03-2018 20:02     Baxış: 21 369 A- / A+
“Bu müəllimlər işdən azad olunmalıdır”


Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə minimum nəticə göstərən müəllimlərlə bağlı sərt addımlar atılacağı, tədbirlər görüləcəyi ilə bağlı cəmiyyətdə gözləntilər olsa belə, ötən müddət ərzində bu baş verməyib. Bu azmış kimi, diaqnostik qiymətləndirmədə hansı müəllimlərin necə nəticə göstərməsi barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmayıb. Təhsil eksperti Kamran Əsədov Yeniavaz.com saytına açıqlamasında diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib: “2014-cü ildən etibarən Təhsil Nazirliyi orta məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün diaqnostik imtahanlara başladı. İlk vaxtlar sınaq imtahanı olaraq keçirilməyə başladı, sonradan oldu diaqnostik qiymətləndirmə.

Burada müəllimlərin yalnız bilikləri yoxlanıldı, bacarıqları yox. İştirakçılara 60 test tapşırığı təqdim edilir. İlk vaxtlar belə bir tələb qoyulmuşdu ki, 10 faiz nəticə göstərənlər diaqnostik qiymətləndirmədən keçmiş hesab olunacaq. Sonradan bu da dəyişdi, bilirsiniz ki, 2016-cı ilin yanvar ayının 1-dən ölkə başçısı müəllimlərin maaşının artırılması barədə sərəncam imzaladı, dərs saatları da artırıldı. Bundan sonra başladılar diaqnostik qiymətləndirmədə iştirak edənlərin topladığı bala görə onlara dərs saatı verməyə. Mənim fikrimcə, müəllim heç bir halda öz ixtisasından 50 faizdən aşağı nəticə göstərməməlidir. Müəllim özü 50 faizdən aşağı biliyə malikdirsə, qarşısındakına nə öyrədəcək?”
K. Əsədov bildirib ki, diaqnostik qiymətləndirmədə müəllimlərin hamısı iştirak etməyib: “Hazırda Azərbaycanın 4472 orta məktəbində 151 min müəllim çalışır. Amma diaqnostik qiymətləndirmədə onların 142 mini iştirak etdi. İştirak etməyənlər kimlər idi – diplomları dövlət nümunəli olmayanlar, belə deyək, ümumilikdə saxta diplomlular. İmtahanda iştirak edənlərin 45 faizə qədəri qənaətbəxş nəticə göstərməyib. Yəni diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin 55 faizinin nəticəsi 50 faizdən yuxarıdır, 45 faizininki isə 50 faizdən aşağı. Hətta onların içərisində 0, 1, 2 nəticə göstərən kifayət qədər müəllim var.
Maraqlıdır ki, Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə nəticəsi zəif olan müəllimlərlə bağlı heç bir addım atmadı, saxta diplomlularla da bağlı heç nə etmədi. Ən azından zəif nəticə göstərən müəllimlər təlimlərə, təkrar imtahanlara cəlb edilməli idilər, amma olmadı. Diaqnostik qiymətləndirmələrə başlanılmasından artıq 4 ildən çox vaxt keçir – indiyədək məktəblər, rayonlar üzrə hansı müəllimin nə qədər bal toplaması ilə bağlı ictimaiyyətə açıq məlumat verilmir. Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanların nəticələrini açıb ortaya qoyur ki, baxın, biz buyuq. Amma Təhsil Nazirliyi 4 ildir bu imtahanın nəticələrini açıqlamır, məsələn, bilinmir ki, Neftçala rayonunun məktəblərində bu müəllimlər filan qədər bal toplayıblar. Bunları ictimaiyyətə açıqlamaq lazımdır.
Nəticəsi aşağı olan müəllimləri işdən azad etmək, yerinə gənc, perspektivli, daha yüksək bilik və bacarıqlara malik olan şəxsləri götürmək lazımdır. Rəqabət mühiti formalaşdırılmalıdır.
Məsələn, Rusiyada hər il imtahan keçirilir, müəyyən bal baryeri qoyulur, ondan aşağı nəticə göstərən müəllimlər işdən uzaqlaşdırılır və onlara gələn il imtahan vermək şansı yaradılır. Amma bizdə isə uzun müddət ərzində bir ixtisası tədris edən müəllimlər var ki, işləri ancaq məktəbə gedib qeybət edib sonra evə qayıtmaqdan ibarətdir. Keçdikləri dərs bir yana qalsın, özləri heç nə bilmirlər. Çünki məktəblərdə nəticəyönümlülük, hesabatlılıq yoxdur. Ancaq kağız-kağız oyunudur, jurnal-jurnal oyunudur, qayıb-qayıb oyunudur.
Hesab edirəm ki, Diaqnostik Qiymətləndirmədə 50 faizdən az bal toplayan müəllimləri işdən azad etmək, onların yerinə daha yüksək bilikli müəllimləri müsabiqə və müsahibə yolu ilə götürmək lazımdır”. /EurasiaAz/

Manevr.az

Xəbəri paylaş







Müəllif: Ülvi
Tarix: 31 mart 2018 22:16
Mən müəllim deyiləm, amma düşünürəm ki,belə fikir ən azından haqsızlıqdır.Çünki əvvəlcədən "10 faiz toplasanız bəsdir"deyib,sonradan bu müəllimləri qınamaq düzgün deyil.50-60 yaşlı,heç vaxt əlində kompüter"siçan"ı tutmayan müəllim "10 faizimi yazım bəsdir"deyib tələm-tələsik auditoriyadan çıxır ki ,həyəcandan təzyiqi qalxmasın. Əvvəlcədən desəydilər ki, 50 faizdən az yığanlar işdən çıxarıla bilər,onda bu müəllimlər çalışıb onu yığardilar.Ən azından bu müəllimlərin təcrübəsindən istifadə etmək lazımdır, yalanla onları çətin vəziyyətə salmaq lazım deyil!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar