Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya qar yağmaması hansı fəsadlar verir? - Hidroloq və həkimdən şərh

Tarix: 13-02-2018 16:57     Baxış: 5306 A- / A+
Bakıya qar yağmaması hansı fəsadlar verir? - Hidroloq və həkimdən şərh


Fevral ayının ikinci həftəsinə qədəm qoymağımıza baxmayaraq, Bakıya hələ də qar yağmayıb. Bu azmış kimi, bu il qış fəsli çox mülayim keçir. Bəs bu normal haldırmı?


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yeniavaz.com saytına açıqlamasında dedi ki, bu qış Bakıya qarın yağmaması anormal hal deyil: "Fevral ayı üçün xarakterikdir. Demək olmaz ki, əvvəlki illərdə belə hava müşahidə olunmayıb. Əvvəllər də elə olub ki, fevral ayı mülayim keçib, yaxud qış çox sərt keçib. Bir neçə ildir biz müşahidə aparırıq ki, fevral ayında mülayim hava şəraiti müşahidə olunur".

Gülşad Məmmədovanın dediyinə görə, bundan əvvəl də elə illər olub ki, fevral ayında qar yağmayıb: "Bəzi illərdə fevral ayında havanın temperaturu 15-17 dərəcəyədək isti müşahidə edilib. Belə hava fevral ayı üçün xarakterikdir. Yaxın 5-10 ilə nəzər saldıqda bunu demək olar".

Bu il sərt soyuqların aprel, may aylarına düşəcəyi ilə bağlı fikirlər də səsləndirilir. Gülşad Məmmədova bu barədə məlumatları dəqiqləşdirməyə çalışacaqlarını bildirdi: "Bu haqda məlumatı biz bir qədər dəqiqləşdirəcəyik. Həmin aylara yaxınlaşdıqca dəqiq məlumatlar yayacağıq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə yeniavaz.com-a qar yağmamasının fəsadlarının olduğunu dedi: "Bu gün dünyada qlobal istiləşmə gedir. Düzdür, bu nəzəriyyə bir müddətdir hakimdir, amma əleyhinə olanlar da var. Hər halda qlobal istiləşmə gedir, Qrenlandiyanın xeyli hissəsinin əriməsi, okean səviyyəsinin qalxması da bunun əlamətləridir. Qış fəsli iqlimin parametrlərinə uyğun şəkildə keçməyəndə viruslar ölmür. Xüsusilə yuxarı tənəffüs yollarında parazitlər fəallaşanda qripəbənzər əlamətlərlə girən kəskin respirator xəstəlik yaradır. İnsanlar bir-birini yoluxdura-yoluxdura gedir. Soyuq havada bu cür yoluxmaların sayı xeyli azalır. Qış fəsli olmasına baxmayaraq, havalar isti olanda bu viruslar daha çox yoluxma imkanı əldə edir və daha çox insanı yoluxdurur. Təsiri bundan ibarətdir. Digər tərəfdən belə iqlim dəyişmələrinə insanların adaptasiyası çətindir. Əlbəttə, iqlimin necə keçməsi bizim iradəmizdən asılı deyil. İnsanlar buna uyğun qorunmalıdırlar. Maskalardan istifadə eləməli, xəstələnən zaman dərhal yataq rejiminə keçməlidir, infeksiyanın yayılmasının qarşısının alınması və onun yerində lokallaşdırılması əsas məsələlərdəndir. Qar yağmadıqca Bakıda hava-damcı yolu ilə yayılan infeksiyalara tutulan insanların sayında da artım olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar