Xəbər lenti
Ayaz Salayev kimdir və hansı dinə qulluq edir? - Akəm Xaqan yazır

...Keçən keçmiş artıq.
Bu gün kim ola biləcəyinizə gəlincə ən yaxşısı yenə "Retro" Azərbaycan Kino sənətinin karifeylərini öyrənib, təbliğ və tədris etməklə, bacardığınız işlə məşğul olmağınızı tövsiyə edirəm. O, sizə daha çox başucalığı gətirər, nəinki xalqın qınağı altında yaşamaq əzabına məhkum olmaq...
“Baku TV” efirində kinorejissor Ayaz Salayev: “Mənim həyatımda ən böyük uğur kimi Moskvada Kinomotoqrafiya institutunda təhsil almağımdır. Bəzən düşünürəm ki, mən ora daxil olmasaydım, məndən nə olardı? O ki qaldı türk dilinə, rus dili Azərbaycan dili üçün təhlükə deyil. Amma türk dili Azərbaycan dili üçün təhlükəlidir. Şəxsən mənim tələbəm “qəsəbə” əvəzinə “kasaba” deyir” - kimi rabitəsiz, əlaqəsiz cümlələrlə çıxış etdi.
O qədər pafosa qapılmışdı ki, qarşısında Sabir Rüstəmxanlı kimi dilini, milli-mənəvi ənənələrə sevdalı Azərbaycan şairi olduğunu belə unutmuşdu.
Onun ağ və qaradan başqa rəng tanımayan "narahat" görünüşünün ardında gizlənən kimliyi anlamaq istəyirdim. Çünki, az-çox "RETRO" Azərbaycan kinosu incilərini analiz edib, təqdim edən bir aparıcı kimi yadımda qalmışdı. Özü də yaxşı mənada qalmışdı yadımda... Amma bu dəfə qarşılaşdığım adamı tanımadım. Daha doğrusu tanıyamadım. Elə o səbəblə təzədən tanış olmaq, internet məkanında Ayaz Salayev kimdir və hansı dinə qulluq edir? -deyə sorğulayıb, içimdəki şübhələrdən xilas olmaq istədim. Hətta Con Mark belə utana-utana "üzgün" olduğunu, 1960-cı ildə doğulan Ayaz Salayevin hansı dinə, və ya hansı məzhəbə qulluq etdiyindən xəbərsız olduğunu bildirdi.
O cümlədən nə milli, nə də nəsil bilgisi tapıldı. Lakin istər-istəməz onunla bağlı və ya özünün paylaşdıqlarından diqqətimi çəkən nüanslar oldu. O səbəbdən onu daha yaxşı tanımaq, nə düşünüb, nə ilə nəfəs aldığını anlamaq üçün yaradıcılıq prosesinə yönəldim.
Sifarişçilərinin narazı qaldığı və ya tamaşaçı tərəfindən qəbul edilmədiyi üçün bu günə qədər yayımlanmayan filmlərinin uğursuz taleyi haqqında məlumatlar kəsdi önümü. Sonra da özünün nə isə yeni bir fikir, baxış sərgiləyən, "fundamental" əsər adlandırdığı "Yarasa" filmini axtarıb tapdım. Səbrimi basıb, diqqətlə izləməyə çalışdım. Yaddaşımda xoş xatirəsi qalmış Kinorejisor Ayaz Salayevi ağ və qara rənglərin dolanbacında, Cəfər Cabbarlının "Almaz" pyesindən köçürülmüş bolşevik motivi, Çarli Çaplini təqlid və təkrar edən hərəkət sistemi, rabitəsiz nitq və əlaqəsiz musiqilərlə izlənən keçidlərdə itirdim. Hələ bu da azmış kimi müsəlman alətlərində xanımların istifadə etdiyi çarşabın ardında gizlənən xristian bir qadının kölgələrin fonunda çarşabı çıxarması, zavallı rejissorun arzusuna uyğun lüt soyunma səhnəsi, dağıntılar arasında nur qaynağı kimi görünən məscid minarə görüntüsü, tez-tez təkrarlanan qaranlıq küçədə yarasa baxışlı, qara niyyətli, kölgə kimi dolaşan, aktyorların təsvirlərə uymayan şit təbəssümü, tabloya yad detal kimi daxil olan və təkrarlanan silah göstərisi, səmimiyyətdən uzaq saxta rejissor görüntüsü, ulduza hürən köpək misalı müsəlman mədəniyyətinə qərəzli baxış sərgiləyən kölgələrin məntiqsiz davranışları ilə izlənilən mızıltılı ibarələr...
Bu ağ və qara rənglərin bataqlığında əriyərək gözdən itən "müəllifin" surəti. Onun kim olduğunu, hardansa tanış gəldiyini xatırlamağa çalışdımsa da olmadı. Səbrim tükəndi...
Ayaz Salayev nə cür don geyindirib, "filimdə təzə nəsə var ..." deməyə çalışsa da xalqın gözü tərəzidir, həqiqətinə bir daha inandım. Nədən bəyənilməsi? Adam bəlli, kölgə bəlli. Kin bəlli, kindar bəlli...
Nə yazıq ki, fransız-erməni mafiyasının dəstəklədiyi, ödülləndirdiyi "Yarasa" filmi də (əgər film demək olarsa) müəllifin əvvəlki işləri kimi uğursuz şoudan başqa bir şey deyildir. Hansı ki, özünün xatırladığı kimi, yaşadığı yataqxananın eyvanından seyr etdiyi, üzüaçıq tabutlara baxaraq keçirdiyi həyəcan, ruhunu sarmış üzüntü, kim olduğunu unutduracaq qədər keçdiyi həyat yolu bu günkü sərt baxışlı inadından da süzülür...
Məni düşündürən tamamilə başqa bir məsələdir. Hansı ki, Azərbaycan kinosu o qədər kasıblamış ki, bu gün meydan o qədər boş görünmüş ki, "Yarasa" kimi "fundamental" əsərlərə ehtiyac duymuş? Buna inanmağı məndən gözləməyin. İnanıram ki, o qədər sıxıntılı sovet dönəmində Azərbaycan kinosu öz qızıl fondunu yaratdığı kimi, bu günümüzün müstəqillik dövründə də Azərbaycan kinosu dünya arenasına çıxacaq qüdrətə malikdir və mədəniyyət fonduna öz töhvəsini verəcəkdir!
Ayaz Salayevin: "Biz rus sektorunu qurtarmışıq. Nəyimiz əskikdir milli baxımdan?" -deyə dönə-dönə sorğulasa da efir etikasından kənara çıxmaq istəməyən ziyalılar susmağa üstünlük verdilər. Ancaq onların susaraq sizə demək istədiklərini yeri gəlmişkən diqqətinizə çatdırım ki, düzgün anlaşılsın. Onların veriləcək cavabı yox kimi anlaşılmasın. Siz də haqlı ola biləcəyiniz yanlışına inanmayasınız.
Elə bir mühitdə yetişmisiniz ki, indi milli baxımdan nəyinizin əskik olduğunun fərqində belə deyilsiniz. Belə ki, sizin milli şüurunuz çatmır ki, Azərbaycan türkcəsində danışmağa zorlandığınız kimi, Türk dili ilə Azərbaycan türkcəsinin eyni ortaq və doğma özəlliyini qavramağa zorlanırsınız. Bu da azmış kimi milli qavramınızın kasıblığın, milli qurur formalaşdıra bilməmiş. O səbəbdəndir ki, iki qardaş xalqın və dövlətlərin ünsiyyət texnikasının eyniliyini gözü götürməyəcək, görməyəcək qədər qüsurlu davranırsınız. Siz rus ədəbiyyatından bəhrələnmiş, rus texnikası ilə danışır, şimal soyuğu, sazağı ilə meydan oxuyursunuz. Bu da sizin yanlışınız.
Diqqətinizə çatdırım ki, Millətin bütövlüyünə, dövlətçilik və milli-mənəvi sərvəti olan müstəqil dil siyasəti bizə imkan verir ki, qonşularımızla, qardaş ölkələrlə dostluq və sülh şəraitində yaşıyaq. Dövlətimizin müstəqil dil siyasəti var və ana dilimizdən özgə ayrıcalıq tanımır. Övladlarımız müstəqil bir dövlətin vətəndaşı olaraq arzusuna uyğun əlavə dil öyrənmək qüdrətinə də malikdir. Müasir gəncliyimiz də dövlətimizin müstəqil siyasətinin qarantı olaraq yetişməkdə. Doğma dövlət dilini bilən və sevən hər kəs istədiyi qədər dil öyrənmək haqqına malikdir. Buna şübhəniz belə olmasın. Onu da qeyd edim ki, artıq ana dilimiz ortaq türkcədə Avropadan uzaq Monqolustana qədər uzanan bir ərazidə anlaşıla biləcək qüdrətə malikdir. O cümlədən ingilis, rus, fransız, çin, yapon, fars və ərəb dillərini bilən, bu sahədə püxtələşməkdə olan gənc mütəxəssislər ordusu var. Hər gün artmaqda olan dilçi mütəxəssislərin yetişdirilməsi, təhsil sisteminin Müstəqil Azərbaycan dövlətinin siyasətinə uyğun yenidən qurulması da günümüzün reallığıdır. Əminəm ki, bu siyasət uğurla başa çatdırılacaq və sizlərin qəflətdən ayılmasına şərait yaradacaqdır.
"Moskvada təhsil almasaydım məndən nə olardı?", deyə düşünürsünüz. Amma keçmiş olsun, üzülməyin. Keçmiş...
Təbii ki, bu gülünc vəziyyətə düşməz, zəhmətlə çalışıb, hamı kimi yaşayıb, gedəcəkdiniz.. Keçən keçmiş artıq.
Bu gün kim ola biləcəyinizə gəlincə ən yaxşısı yenə "Retro" Azərbaycan Kino sənətinin karifeylərini öyrənib, təbliğ və tədris etməklə, bacardığınız işlə məşğul olmağınızı tövsiyə edirəm. O, sizə daha çox başucalığı gətirər, nəinki xalqın qınağı altında yaşamaq əzabına məhkum olmaq...
Akəm Xaqan
şair, tənqidçi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar