Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı soyqırımından 32 il ötür

Tarix: 25-02-2024 19:19     Baxış: 1267 A- / A+
Tural VƏLİZADƏ
Qərbi Kaspi Universitetinin
Magistratura və Doktorantura
şöbəsinin müdir müavini                                                                        


Qarabağda yerləşən keçmiş sovet hərbi birləşmələrinin hər növ dəstəyi ilə ermənilər tərəfindən törədilən Xocalı soyqırımından 32 il ötür. Bu soyqırım aktı ilə bağlı məsələlərə diqqət yetirdikdə hadisənin daha dərin köklərə gedib çıxmasının şahidi oluruq. Belə ki, 1918-ci il Mart soyqırımı, Xocalı soyqırımı böyük güclərin tarixi geostrategiya və geosiyasəti baxımından düşünülən və ermənilərin əli ilə törədilən çoxsaylı planlarından hesab oluna bilər.
1918-ci ilin mart-sentyabr aylarında, 1990-ci ilin 20 yanvarı və 1992-ci ilin 26 fevralında müvafiq olaraq Mart soyqırımı, Qanlı 20 Yanvar və Xocalı soyqırımlarını törətməklə Azərbaycanı azadlıq mübarizəsindən çəkindirmək və onun əhalisini qorxutmaq üçün səylər göstərilmişdir.
Tarixi Azərbaycan torpağı olan Qarabağın Xocalı şəhərində törədilən bu soyqırım uydurma “böyük ermənistan”ın bərpasına xidmət edən “yandırılmış torpaq” – “etnik təmizləmə” taktikasının bir nümunəsidir. Bunu sübut edən xeyli sayda rəsmi sənədlər, şahid ifadələri, video görüntülər vardır.

Ermənilər Xocalıda hərbi əməliyyat məqsədi daşıyan döyüş  aparmayıblar. Birmənalı olaraq hayların əsas istəyi yerli azərbaycanlı əhalini işgəncələrlə öldürmək, onların soyunu tükətmək olub. Yerli mülki əhali tərəfindən isə onlara heç bir silahlı müqavimət göstərilməmişdir.

Bu soyqırım ermənilərin böyük güclərin himayəsi altında Anadoluda və Azərbaycanın şimalı ilə cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920 və b. illərdə törətdikləri soyqırımların davamıdır. Xocalı soyqırımını azərbaycanlılarla son bir əsrdə hərbi mübarizədə dəfələrlə məğlub olan ermənilərin dinc yerli əhalini soyqırıma məruz qoymaqla əldə etdiyi bir intiqam kimi də dəyərləndirmək olar. Ancaq savaşı da ləyaqətlə aparmalı, dinc mülki əhaliyə toxunulmamalıdır.

Bu soyqırım nəticəsində 613 nəfər (bəzi məlumatlara görə 1000-dən artıq – T.V) , o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından həmişəlik əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.

Xocalı soyqırımı ilə BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələri, eyni zamanda BMT Baş Assambleyasının 16 dekabr 1966-ci il tarixli 2200 A (XXI) saylı qərarı ilə qəbul edilən və 23 mart 1976-ci il tarixində qüvvəyə minən BMT-nin Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyası 6-9-cu maddələrinin tələbləri, şərtləri pozulub. Bu soyqırım hətta kiçik - 1 və 2 yaşlı uşaqların öldürülmələri və insanların ağılasığmaz işgəncələrə məruz qaldığı ağılasığmaz bir cinayətidir. Bu səbəblə də tam bir soyqırım cinayətidir.

Xocalıda törədilən soyqırım aktı mühüm bir hissəsi ermənilərdən təşkil edilmiş 366-cı Rus motoatıcı alayının və Ermənistan silahlı qüvvələrinin birlikdə törətdiyi cinayət fəaliyyətdir.

Təəssüf ki, “Balkan qəssabları” S.Miloşeviç, R.Karaçiç və başqalarından fərqli olaraq “Xocalı qəssabları” R.Koçaryan, S.Sarqsyan, S.Ohanyan və digərləri beynəlxalq qurumlar və ictimaiyyət, ayrı-ayrı dövlət başçıları tərəfindən qətiyyətlə pislənməmiş, sərt reaksiyalara məruz qalmayıblar. Əksinə onlar Ermənistanda yüksək dövlət vəzifələrinə (Prezident, Müdafiə naziri) yiyələnmişlər. Tarixdən başqa bir nümunə: 1918-1920-ci illərdə İrəvan və ətraf rayonlarda çoxsaylı türk - müsəlmanı qırğına məruz qoyan Drastamat Kanayan (Dro) az sonra Ermənistanının Müdafiə naziri olmuşdu.

Xocalı soyqırımı ermənilərin apardıqları “Türk düşmənçiliyi” ideologiyası, siyasəti və təbliğatının acı bəhrəsi, nəticəsidir. Belə siyasət-təbliğat isə heç bir tutarlı əsaslara söykənmir. M.K.Atatürkün 1936-cı ildə söylədiyi kimi “biz heç kəsin düşməni deyillik. Yalnız insanlığın düşməni olanların düşmənləriyik”. Nəticədə bu mühüm mövqeyimizi bildirməyi əsas və əhəmiyyətli görürük: Bizlər – azərbaycanlı elm adamları – “Tarix sənəd ilə yazılır” mövqeyinə əsaslanaraq yalanlarla deyil, tarixi həqiqətlərlə apardığımız elm mübarizəsini davam etdirməliyik.

Şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin etdi, işğalçılara layiqli cavab verdi. Azərbaycan öz torpağında ləyaqətli müharibə apardı. Düşmən də olsa, mülki sakinlər hədəfə çevrilmədi. Ancaq əvəzində ermənilər Gəncə, Bərdə və Tərtər başda olmaqla yüzlərlə dinc sakinlərin ölümünə səbəb olan raketli terror hücumları həyata keçirdi.
Azərbaycan həm də beynəlxalq hüququ bərpa etdi, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaratdı. Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq.
Bəs indi nə etməli? Tam da böyük mütəfəkkir, dahi azərbaycanlı Üzeyir Hacıbəylinin söylədiyi kimi: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalı. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar