Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının Vaşinqton qarşısında qoyduğu tələbin PƏRDƏARXASI - DETALLAR

Tarix: 29-11-2023 08:47     Baxış: 3209 A- / A+
“Təxminən, 10 gün öncə Konqresdə keçirilən dinləmələrdə ABŞ dövlət katibinin müavini Ceyms O‘Brayn Azərbaycanın əleyhinə olduqca qəbuledilməz bəyanatlar və müəyyən məqamlarla bağlı fikirlərini səsləndirmişdi”.

Bu sözləri  politoloq Oqtay Qasımov deyib.

Analitik ABŞ-ın dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı rəsmi Bakının Vaşinqton qarşısında qoyduğu tələbin pərdəarxası məqamlarına toxunub.

Xatırladaq ki, dövlət başçısı amerikalı rəsmi ilə söhbət zamanı Azərbaycan vətəndaşı olan bir sıra yüksəkrütbəli şəxslərin ABŞ tərəfindən qoyulan sanksiyalardan azad edilməsini tələb edib.

O. Qasımov əmindir ki, bunlardan da biri, Azərbaycanla münasibətlərin daha əvvəlki kimi olmaması və yüksəksəviyyəli səfərlərə məhdudiyyətin qoyulması ilə bağlı fikirlər idi ki, Azərbaycan da diplomatik qaydalarla buna qarşılıq verdi və eyni qadağaları Birləşmiş Ştatlara tətbiq etdi:

“Bu da çox doğru idi. ABŞ dünyanın supergücü olsa da, bu, o demək deyil ki, o, bütün dövlətlərin siyasətlərinə və daxili işlərinə müdaxilə etməlidir. Azərbaycan bütün bu nüansları nəzərə alıb. 44 günlük savaş, xüsusilə də son antiterror əməliyyatlarından sonra bölgədə ciddi şəkildə öz rolunu artırmış və geopolitik oyunçuya çevrilmiş Azərbaycan daha cəsarətli davranmaq imkanları qazanıb. Çünki 30 ildən artıq müddətdə Azərbaycanın daxilində separatçı bölgə, boz zona saxlamaqla ölkəmizə zor tətbiqetmə siyasəti sona çatdı. Çünki dövlətimiz ərazisinin hər bir qarışına tam şəkildə nəzarət edir ki, bu, bizim üçün fürsətdir”.

Siyasi təhlilçiyə görə, əslində, Bakı Vaşinqtona o mesajı verdi ki, bölgənin əsas açar dövləti olan Azərbaycanla təhdid dili ilə danışmaq ABŞ-ın özünün maraqlarına ciddi şəkildə zərər verir və bu siyasətin davam etməsi hər 2 tərəfin də xeyrinə deyil:

“Çünki Azərbaycanla münasibətlərin pozulması ABŞ-ın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyadakı maraqlarına ciddi şəkildə zərər vurur. Bu baxımdan, Azərbaycan ABŞ ilə danışıqlarda bu nüansları nəzərə alır və çox doğru olaraq özünün haqlı və beynəlxalq hüquqa uyğun mövqeyini sərgiləməklə ABŞ-dan da eyni hörməti özünə qarşı tələb edir”.

Ekspert əlavə edib ki, bütün məsələlər qarşılıqlı hörmət və maraq prinsipini ortaya qoyur:

“Yəni, ABŞ bizə hər hansı qadağaları tətbiq etdisə, Azərbaycan da bunu cavabsız qoymadı və eyni addımı atdı. Dünənki telefon danışığı isə münasibətlərin yumşalmasına yönələn bir addım kimi qiymətləndirilə bilər. Bu danışıqlar zamanı Azərbaycanın rəsmi şəxslərinin səyahəti ilə bağlı qoyulmuş məhdudiyyətin ortadan qaldırılmasından sonra Entoni Blinkenin müavini olan Ceyms O‘Braynın Azərbaycana səfərə gəlməsinə icazə verilib”. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar