Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər

Tarix: 28-04-2017 17:20     Baxış: 5299 A- / A+
"Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az-ın apa-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Məmmədovun vəkili çıxış edərək Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin məktubunu elan edib. O bildirib ki, təqsirləndirilən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov nazirliyə vurulmuş maddi ziyanı tam olaraq ödəyiblər.

Hakim bildirib ki, hazırda mülki iddiaçının nümayəndəsi prosesdə iştirak etmədiyindən buna münasibət bildirmək olmaz: "Nazirliyinin nümayəndəsi gələr, məsələyə arayış verər".

Hakim bildirib ki, Beytulla Hüseynovun qardaşı Ramiz Hüseynov məhkəməyə məktubla müraciət edib. Məktubda qeyd edilib ki, qardaşı Beytulıa Hüseynov əmlaklarına həbs qoyulan zaman onun da mülkinə həbs qoyublar: "Şamaxıda ev, Nizami rayonunda yerləşən torpaq sahəmə qardaşıma görə həbs qoyulub. Halbuki, həmin mülklərin Beytulla Hüseynova heç bir aidiyyəti yoxdur. Ona görə xahiş edirəm həmin mülklərdən həbs götürülsün".

İclasda çıxış edən V. Zeynalovun vəkili Ceyhun Yusifov bildirib ki, ittihamın mahiyyəti onlara aydın deyil:
"İttihamı 74 dəfə oxumuşam. 1-ci səhifədə yazılan məbləği 4-cü səhifədə özləri təkzib ediblər. Vidadi Zeynalov paket alan olub, paket verən yox".

Anar Mustafayevin vəkili Gülşən Salmanova deyib ki, ittihamda məbləğ şişirdilib:
"Anar Mustafayevə 867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ haradan çıxıb. Ekspertiza keçirilməlidir ki, bu məsələlər araşdırılsın".

Təqsirləndirilən Beytulla Hüseynov bildirib ki, istintaq zamanı verdiyi ifadələr təhrif olunub:
"Mən danışdıqlarımı yox, özləri istəyənləri bura yazıblar. Səmimi deyirəm, mənə 10 milyon mənimsəmə yazıblar. Bu məbləği sübut eləsinlər, həmin dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, sanki nazir mən olmuşam".

Bütün vəkillər ekspertiza keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyiblər.

Prokuror Fərid Nağıyev isə ekspertiza keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə ekspertiza ilə bağlı vəsatətləri təmin etməyib.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, Vidadi Zeynalovla bağlı ittiham 74 səhifədən və bir cümlədən ibarətdir:
"Sonda 7 milyon, 10 milyon və 153 milyon kimi ittihamlar səsləndirilir. Bunların hansı Vidadi Zeynalova aiddir? Hansı ziyanı ödəsin, hara ödəsin? Dövlət ittihamçısı hesablasın, yekun məbləğ çıxarsın".

İclasda hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Vidadi Zeynalov təzyiqi olmasını əsas gətirib və ifadə vermək üçün vaxt verilməsini istəyib.

Anar Mustafayev isə bildirib ki, Maliyyə Nazirliyi 153 milyon ziyanla bağlı akt yazıb:
"Niyə gəlmirlər, onlara suallarım var. 20 gün ərzində 84 müəssisəni yoxlayıblar. 4 müəssisədə 154 adda məhsulun yoxlanması ilə bağlı akt var. Bu fiziki cəhətdən qeyri-mümkündür. Bütün rekordları qırıblar. Yazıblar ki, 51 faiz şişirtmə var".

Hakim deyib ki, rəqəmləri sonda məhkəmə hesablayıb, qərar verəcək:
"Bunun üçün ekspertizaya ehtiyac yoxdur".

Məhkəmə prosesi mayın 3-də davam edəcək.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar