Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sınağa çəkilən” sınaq imtahanları...

Tarix: 07-04-2018 15:25     Baxış: 2869 A- / A+
“Sınağa çəkilən” sınaq imtahanları...


Alimlərin 4-5 sican və ya dovşan üzərində apardığı eksperimenti 50 min məktəbli üzərində apardıq.

Ölkəmizin təhsil təcrübəsində ətrafında bu qədər mübahisə və müzakirələr aparılan, zamanzaman, təkrar-təkrar gündəmə gətirilən, disskusiyalara, debatlara, polemikalara səbəb olan müəyyən məsələlər var ki, bunlardan biri də test və sınaq imtahanlarıdır.

“Bu qəbildən olan məsələlər, heç də və həmişə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və bunu da təbii qəbul etmək və cəmiyyət üzvlərinin təhsilimizin mövcud problemlərinə həssaslığının və bu sahədə fəallığının göstəricisi kimi qəbul etmək və dəyərləndirmək olar.

Təhsil tarixçəmizin son 25 ilinə qısaca nəzər salsaq şahidi oluruq ki, başlanğıc kimi 1992-ci ildə ölkədə test üsuluna keçidlə əlaqədar orta ümumtəhsil məktəblərində test-sınaq yoxlamalarına start verilib. İlkin olaraq bu sınaqlar imtahanqabağı şagirdləri testə alışdırmaq xarakteri daşıdığından onların keçirilməsi
məktəb rəhbərlərinə həvalə olunmuşdu və bu zaman nəticələrin yekun attestat qiymətlərinin çıxarılmasında nəzərə alınmaması nəzərdə tutulurdu. Lakin sonrası nə oldu? Bu “sınaqlar” təkcə şagirdləri deyil, müəllimləri deyil, sözün tam mənasında bütün valideynləri və təhsil ictimaiyyətini sınağa çəkdi. Sınaqlar təkrar “sınaqdan” çıxarılaraq üç mərhələli ciddi rəsmi imtahanlara çevrildi.

Sınaq imtahanları adlandırılan və fevral ayından başlayaraq mart və aprel aylarında baş tutacaq bu prosedurları həyata keçirmək üçün təkcə Bakı şəhərində 80 imtahan mərkəzi yaradıldı, imtahan nəzarətçilərinin sayı 5 min nəfərə çatdırıldı. Təhsildə sanki fövqəladə vəziyyət elan edildi. Bir an içərisindən təhsil qanunvericiliyinə zidd olaraq ənənəvi qiymətləndirmə şkalası məntiqsiz düstur hesablaması ilə əvəzləndi. Tədbiq olunan “yeni üsula” görə məzuna yekun attestat qiyməti çıxarmaq üçün üç mərhələli “sınaq”, altı komponentli düstur, dərəcəli əmsallar, fərqləndirici faizlər, güzəştli orta ədədi prinsipi, müəyyən indekslərin “0”- la tənzimlənməsi və s. bu kimi riyazi əməlləri hesablamaq lazım gəlirdi.

Geniş miqyaslı, özfəaliyyət xarakterli bu kompaniya özünü doğrultmadı. Müəllimlərin və məktəb rəhbərlərinin yekun qiymət çıxarmaqda problem yaşamasını əsas gətirərək Nazirlik attestatların qiymətləndirilməsini öz inhisarına alaraq və qüvvədə olan hüquqi-normativ aktların məzmunu, mahiyyəti və xarakteri ilə daban-dabana zidd olaraq məktəb rəhbərlərinin Əsasnamə funksiyalarını mənimsədi. Bu kompaniyaya ayrılan milyonlar isə “havaya” sovrulmuş oldu. O zaman 50 mindən artıq şagirdin yekun attestat qiymətinin çıxarılmasında Nazirliyin marağının nə olması bu gün də çoxları üçün düşündürücü sual olaraq qalır.

“Ciddi” nəzarətə götürülən üç mərhələli test sınaqları müəllim və bütövlükdə məktəbin onsuz da sarsılmış nüfuzuna, ona göstərilən etibara və etimada ağır zərbə vurmaq, məktəb rəhbərliyini Nazirliklə yumşaq dildə desək “danışıqlara”, faktiki olaraq alış-verişə təhrik etməklə yanaşı, həm də Təhsil Nazirliyinin test siyasətində və qiymətləndirmə sistemindəki bir çox boşluqları üzə çıxarmış oldu.

Kütləvilik o həddə çatmışdı ki, hətta evdə təhsilə cəlb olunan xəstə uşaqları belə sınaq imtahanlarına qatmaqdan çəkinmirdilər. Sözün kəsəsi, adətən alimlərin 4-5 sican və ya dovşnın üzərində apardığı eksperimenti Təhsil Nazirliyimiz 50 min məktəbli üzərində apararaq qabaqcadan iflasa məhkum olunacağı gözlənilən, sonadək düşünülməmiş, uğursuz bir ilkə imza atmış oldu. Zənnimcə hərdən bir dəfə olsa da təhsil tariximizin heç olmasa yaxın keçmişinin səhifələrini vərəqləsək yəqin ki, ümumi işimizin ziyanına deyil, hər halda xeyrinə olar.

Bəli, hətta, adi test sınaqlarının keçirilməsini belə, nəinki pedaqoji kollektivlərə, heç təhsilin yerli idarəetmə orqanlarına da etibar etməyən Nazirlik, minlərlə nəzarətçini işindən-gücündən ayırıb, yerlərə yersiz ezamiyyətlərə, habelə digər texniki və təşkilati tədbirlərə milyonlar sərf etməklə, dövlət vəsaitlərinin
istifadəsində amansızcasına israfçılığa yol verməklə, şagird və valideynlər arasında psixoloji gərgilik yaradaraq, kollektivlərdə mənəvi mühitin pozulmasını rəvac verib. Məktəb rəhbərlərinin və fənn müəllimlərinin prosesdən kənarlaşdırılması isə əslində onların mədəni şəkildə təhqirə məruz qalmaları anlamı daşıyıb.

Ümümiyyətlə başqa bir adı da yoxlama imtahanları olan test sınaqlarının, nazirlik tərəfindən aparılması, 1-ci sınaq imtahanının nəticəsinin yekun qiymətdə 7 faiz, 2-cinin 8 faiz, üçüncünün 10 faizlik göstərici kimi nəzərə alınması, 10 və 11-ci siniflərin illik və yekun qiymətlərinin əhəmiyyətinə görə tam fərqli faizlərlə
hesablanması, bu zaman ümumi qiymətləndirmədə məktəbin verdiyi qiymətlərin payının 25 faiz, nazirliyin verdiyi qiymətlərin payının isə 75 faiz səviyyəsində dəyərləndirilməsi necə başa düşülməli idi? Yəni, məktəb rəhbərləri və pedaqoji kollektiv üzvləri bu qədər aciz və məni bağışlayın, qabiliyyət sahibi deyildilər ki, yoxlama xarakteri daşıyan adi bir sınaq imtahanını belə keçirə bilmirdilər? Yoxsa onlara etibar olunmurdu? Kütləvilik o həddə çatmışdı ki, hətta evdə təhsilə cəlb olunan xəstə uşaqları belə sınaq imtahanlarına qatmaqdan çəkinmirdilər.

“Sınaq”anlayışı, nə vaxtdan rəsmi qiymətləndirmə meyarı olub ki, biz onunla şagirdlərin yekun attestat qymətlərini, müəllimlərin yaşam tərzinə çevrilmiş bir problemini - əmək haqqını müəyyən edirdik? Bunun adı sınaqdırsa hansı fərqləndirmədən, hansı qiymətləndirmədən söhbət gedə bilər? O zamanlar TQDK da sınaq imtahanları keçirməyə başladı. Nə yaxşı ki, həmin yanaşmanı əsas götürüb, ali məktəblərə qəbulda sınaq imtahanlarının nəticələrini nəzərə almadı. Bəzi nüansları xatırlatmaqda məqsədim nədir?

Ardı var...


Nadir İsrafilov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar