Sizin Reklam Burada
Xəbər lenti
18-11-2026
17-11-2026
BÜTÜN XƏBƏRLƏR

BDU-nun yeni rektoru Məleykə Abbaszadə kimdir? - Dosye

Tarix: 19-11-2026 11:01     Baxış: 426 A- / A+



 Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama görə, Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Manevr.az BDU-nun yeni rektorunun dosyesini təqdim edir:
Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. 1988-ci ildə Kiyevdə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi dərəcəsi alıb.
O, 1975-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Neft-Kimya İnstitutunda və İstedad assosiasiyasında müxtəlif elmi və rəhbər vəzifələrdə çalışıb.
1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin birinci müavini təyin edilib. 2000-ci ilin oktyabrından 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində işləyib. 2016-cı ildə Dövlət İmtahan Mərkəzi yaradıldıqdan sonra qurumun Direktorlar Şurasının sədri təyin edilib. 23 iyul 2024-cü il tarixində isə DİM İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Məleykə Abbaszadə Azərbaycanda tələbə qəbulu proseslərinin avtomatlaşdırılmasına rəhbərlik edib, Abituriyent jurnalının təsisçisi olub və BMTİP-in informasiya-kommunikasiya texnologiyaları layihələrində milli koordinator kimi çalışıb.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2013-cü ildə Şöhrət ordeni, 2023-cü ildə isə Şərəf ordeni ilə təltif edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar