Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rus dili müəllimliyi sahəsində DEFİSİT- SƏBƏB

Tarix: 19-04-2024 16:30     Baxış: 3181 A- / A+
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae)  dil biliyinə, xüsusən də rus dilinə diqqət yetirilir. Əgər bu dildə normal səviyyədə biliyin yoxdursa, o zaman nə qədər bacarıqlı olsan belə, işə götürülmə şansın çox azdır…
Hazırda orta məktəblərdə, əsasən, bölgə məktəblərində rus dili demək olar ki, tədris olunmur. Belə olan halda ortaya bir təzad çıxır – tələbat çox, şərait yox... Nə qədər özəl kurslar olsa da, orta təhsil bazasının bu baxımdan rolu danılmazdır.


Manevr.az
xəbər verir ki, məsələni Ulusum.az saytına xüsusi açıqlama verən təhsil eksperti Nadir İsrafilovla araşdırmışıq. Məlum olub ki, vəziyyət düşündüyümüzdən daha acınacaqlı imiş... Həmin müsahibəni təqdim edirik:

 - Nadir müəllim, vaxtilə rus dili II dövlət dili olub. Multikulturalizm ənənələrinə sadiq olan dövlətimizdə digər xarici dillərə olduğu kimi, rus dilinə də xüsusi önəm verilir. Bəs necə olur ki, orta məktəblərdə rus dili sinifləri ya azdır, ya da ümumiyyətlə yoxdur?
 - Qeyd etdiyiniz kimi, hazırda rus dilinə maraq yüksək səviyyədədir. Cənab prezidentimiz də istər siyasətlə, istər iqtisadiyyatla bağlı önəmli çıxışlarını  heç bir vasitəçi olmadan, özü sərbəst danışmaqla edir. 1990-cı illərə qədər rus dili orta məktəblərin Azərbaycan dili bölmələrində 2-ci sinifdən etibarən tədris olunurdu. Müstəqillik əldə etdikdən sonra bu dil xarici dillər qrafasına daxil edilməklə, əksər məktəblərdə keçirilməməyə başlandı. Xarici dil kimi əsas seçim – ingilis, fransız, alman dilləri oldu. Ali məktəblər də o şəkildə. Bəzi məktəblərdə formal olaraq fakültətiv fənn kimi keçirildi. Nəticədə, bölgələrdə ümumiyyətlə, rus dilini bilən tapmaq müşkülə çevrildi. Sabah həmin adam şəhər mühitinə düşdükdə rus dilini bilmədiyi üçün çıxılmaz vəziyyətə düşür, bu da təbəqələşmənin ən çirkinləşmiş şəkli olur.. Qısası, hazırda rus dili elit dilə çevrilib. Özünü bu təbəqəyə uyğunlaşdırmaq istəyən çalışır-vuruşur ki, övladını rus bölməsində oxutsun və ya özəl dərslərin köməyi ilə övladının gələcəyini təmin etsin. 
Nəticədə, şəhər məktəblərində də vəziyyət qəlizləşir - rus dili bölmələrində sıxlıq yaranır, valideyn narazılığı və s. 
-         Belə olan halda yeni siniflərin açılması problemi aradan qaldıra bilərmi?
-         Yeni siniflər açmaq olar, amma əsas problem sinfin açılması yox, müəllim çatışmazlığıdır. Acınacaqlısı budur ki, rus dilini tədris edəcək müəllim tapmaq olmur. Vaxtilə bizim çox savadlı müəllimlərimiz olub. Lakin müəyyən qüvvələrin təsiri ilə rus dilinin sıxışdırılması, dərs yükünün azaldılması nəticəsində həmin kadrlar məcburən şirkətlərdə tərcüməçi və digər vəzifələrə yönəlmişdir. Yeni kadrlar isə istənilən səviyyədə deyil. 
Bilirsiniz ki, əsas ədəbiyyat rus dilindədir. Bundan başqa, bu dil BMT-nin 6 rəsmi dilindən biridir. Ona görə bu dilə keçmiş imperiyanın dili kimi yanaşaraq, gənclərimizi ondan məhrum etmək, elmlə siyasəti qarışdırmaq düzgün deyil. 
-         Mövcud problemin aradan qaldırılması üçün nə kimi tədbirlər görülməlidir?
-         Qeyd etmək lazımdır ki, bununla bağlı Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi dəfələrlə məsələ qaldırıb, hətta rus dili müəllimliyi üzrə qəbul balları aşağı salınıb. Bununla belə vəziyyət dəyişməyib. Rus dili müəllimliyi sahəsində defisit yaranıb və bu defisitin aradan qaldırılması hazırda asan məsələ deyil. Bir yandan valideynlərin əksəriyyəti övladlarını rus dilində oxutmaq istəyir, digər tərəfdən özləri bu dili bilmirlər. Bir sözlə, ev şəraitində başqa dil, məktəb şəraitində digəri.. Son vaxtlar isə bu problemin aradan qaldırılması üçün rus dili bölməsinə şagird götürülərkən müsahibə yolu ilə seçim edilir. Bu, onun dil bazasının olub-olmadığını yoxlamaq məqsədi güdür. Müsahibə tələbi rus dili bölməsinə axının qarşısını bir qədər alsa da, maraq hələ də qüvvədədir... Qısası, maraq çox, müəllim yox.
Şübhəsiz, Ana dilimiz - Azərbaycan dili mükəmməl dildir, bu dili bütün incəlikləri ilə öyrənmək, fikrini bu dildə ifadə edə bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur, amma çox dil bilməyin də ziyanı yoxdur...


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar