Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişi müəllimlər niyə qeybə çəkilib? - EKSPERT AÇIQLADI

Tarix: 29-02-2024 17:36     Baxış: 4231 A- / A+


“Əlbəttə, kişi və qadın müəllimlər arasında paritet olsa daha yaxşı olar. Rəsmi statistikadan da göründüyü kimi, bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Direktor vəzifəsində çalışan qadınların sayı belə heç də az deyil. Ancaq onlardan fərqli olaraq məktəblərdə çalışan kişi müəllim və direktorların sayı nəzərəçarpacaq dərəcədə azdır. İldən-ilə onların sayında azalma müşahidə olunur. Nəzərə çarpacaq azalma ötən əsrin 80-cı illərində müşahidə olunsa da, 90-cı illərdən etibarən bu proses daha geniş vüsət alıb”. Manevr.az bildirir ki, bu sözləri sia-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, müəllim peşəsindən uzaq düşən kişilərlərlə bağlı müxtəlif versiyalar irəli sürülüb və bu günün özündə də irəli sürülməkdədır: “Təhsil naziri Emin Əmrullayev də məsələyə münasibət bildirib və deyib ki, təhsildə qadınların çox olması gələcəkdə problemlərə səbəb olacaq. Nazirin fikrincə, mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var”. Ədalət naminə deyək ki, bu istiqamətdə müəyyən addımlar atılıb və atılmaqda davam edir”.
Nadir İsrafilov sözlərinə belə davam edib: “Onu da xatırlatmaq yerinə düşər ki, Sovet dönəminin son onilliklərində də məktəblərdə kişi müəllimlərin sayı o qədər də çox deyildi. Ancaq, onların sayı indiki qədər da azlıq təşkil etmirdi. Bu gün ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır.

Ölkə üzrə müəllimlərin böyük əksəriyyətinin qadınların təşkil etməsinin səbəblərindən biri onların müqəddəs peşə sayılan müəllimliyə daha çox maraq göstərməsidir. Qadının təbiətində tərbiyə etmək, öyrətmək, məşğul olmaq xüsusiyyəti var. Ona görə də xanımların böyük əksəriyyəti müəllimlik peşəsini seçir. Gəlin etiraf edək ki, qadın müəllimlərin çoxu bu peşəni müvəffəqiyyətlə yerinə yetirirlər. İkinci bir səbəb isə ailədə olan qız uşaqlarının valideynlər tərəfindən müəllimlik peşəsinə yönəldilməsidir. Valideynlərin çoxu hesab edir ki, qadın üçün ən gözəl peşə müəllimlikdir. Ona görə də onlar övladlarını daha çox bu peşəyə yönəldirlər.

Şagirdlərin xüsusilə də oğlanların həm kişi həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məhsuliyyətli bir sözlə əsil vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərin belə qadınlar keçir. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olur. Qarşılıqlı ünsiyyətdə onların özünə məxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görür. Bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir.

Bütün bu sadalanları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət haldır. Ancaq uşaqların yüksək vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə ehtiyac var.

Sosioloqlar hesab edir ki, bu gün ölkədə kişilərin müəllimlik peşəsinə az maraq göstərməməsinin ən başlıca səbəbi əməkhaqqının aşağı olmasıdır: “Azərbaycan cəmiyyətində ailəni əsasən kişi saxlayır. Evə əsas qazanc gətirən, xərcləri qarşılayan da kişidir. Bu səbəbdən də pedaqoji təhsili olan kişilərin çoxu müəllimliyi atıb ailələrini saxlamaq üçün başqa işlərdə çalışırlar, bir coxları ən yaxşı halda daha gəlirli fərdi fəaliyyət sahəsi olan repetitorluqla məşğul olur, digər bir qismi isə pedaqoji fəaliyyətlərini müxtəlif hazırlıq kurslarında davam etdirirlər.

Bu gün pedaqoji təhsil verən universitetlərin və kolleclərin kontingenti əsasən qızlardan formalaşdığından, belə nəticə çıxarmağa əsas yaranır ki, bu tendensiya hələ ki, yüksələn xətlə davam etməkdədir. Baxmayaraq ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb. Nazirin də xüsusi olaraq vurğuladığı kimi, 2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əmək haqqı 1000 manatı keçəcək.Bununla belə yenə də əksəriyyət tərəfindən belə bir vəziyyətin yaranması müəllimin əmək haqqının aşağı olması ilə izah olunur. Belə çıxır ki, bu yanaşmanın səhv olduğunu təsdiqləmək üçün daha 2-3 il gözləməliyik..”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar