Xəbər lenti
Təhsil və sui-qəsd nəzəriyyəsi
Prof. Şahlar Əsgərov,
Əməkdar elm xadimi
Təhsil aysberqinin görünən hissəsində mümkün olan hər şey edilmişdir. Dəfələrlə “əlifba” əməliyatı aparılmışdır. Baloniya prosesinə qoşulmuşuq, tələsik kurrikulumu qəbul etmişık. 9 ballı qiymətləndirmə şkalasını icad edib, sonra tətbiq etmişik. Qiymətləndirmənin vahidlik prinsipi pozulub. Mümkün olan hər şey etmişik, ancaq təhsilimiz cilovlanmır.
Məlumdur ki, xoşbəxt cəmiyyətin əsasında uğurlu bir təhsil sistemi dayanır. Təqribən 30 ildir ki, ölkəmizdə ali məktəblərə qəbul test üsulu ilə aparılır. Abituriyentlərin topladığı orta statistik bal illərdi ki, təqribən 300 bal ətrafında qalır. Bu onu göstərir ki, bizim təhsil maşınımız pulu biliyə çevirə bilmir, maşının təkər yerində “fırlanır”, irəliləmə hərəkəti yoxdur.
XX əsrdə Azərbaycanın bir neçə dahi insanı (Heydər Əliyev, Kərim Kərimov, Abbas Çayxorski) SSRİ miqyasında yüsək dövləti post tutmuşlar. H.Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini, Kərim Kərimov SSRİ Kosmik proqramının rəhbərlərindən biri, Abbas Çayxorski atom reaktorlarından istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri olmuşdu. Üstəlik, Nəriman Nərmanovu, M.Ə.Rəsulzadəni də yada salaq.
Sual olunur, Heydər Əliyevdən başqa niyə bu dahi insanların heç biri öz vətənində qulluq edə bilməyiblər?
Bu suala cavab tapmaq üçün problemi dərindən araşdırmaq lazımdır. Hesab edirəm ki, bu təkcə şəxsi istəklə bağlı deyil, düşünülmüş irticaçı siyasətin nəticəsində baş vermişdir.
“Təhsil silahdır. Onun səmərəsi bu silahın kimin əlində olmasından, kimə qarşı olmasından asılıdır”. Bu fikir İosif Stalinə məxsusdur. Sovetlər dönəmində bu silah mərkəzin əlində olmuşdu. Güman ki, bizə qarşı istifadə edilmişdi. Sovetlərin tərkibində olan bütün millətlərin talantlı şəxslərini millətdən qoparıb, metropolda əritmək siyasətinin - başqa sözlə sui-qəsd nəzəriyyəsinin tətbiqi nəticəsidə baş vermişdi. İndi də bu proses Qərbə yönəli baş verir.
Təhsildə qüsurlar millətə yox, düşmənə xidmət edir. Terminologiyadan tutmuş idarəetməyə qədər təhsil sisteminin hər yerində qüsurlar var. Bu qüsurları düzəltmədən irəli getmək çətindir. Bəzi qüsurları düzəltməyin vaxtıdır. Milli təhsildə möhkəm yer almış “oxumaq”, “ibtidai məktəb” kimi terminoloji qüsurlar təhsilin inkişafına mane olur. Dünyada biliyin mənimsənilməsinə “öyrənmək” deyirlər. Amma biz biliyin mənimsənilməsinə “oxumaq” deyirik. Öyrənmək məqsəd, oxumaq isə vasitədir. Məqsədlə vasitəni qarışdırmışıq. Orta məktəblərin ən vacib hissəsi bünövrə siniflərdir. Türklər buna “ilk okul”, rüslar “naçalnaya şkola”, ingilislər “primary school” deyirlər. Biz isə “ibtidai məktəb” deyirik. Bununla da əhəmiyyətini heçə yendiririk. Bu səhv terminləri düzəltmək, Xankəndini almaqdan çətin görünür. Çünki, sui- qəsd nəzəriyyəsi tərəfindən dəstəklənir. Qüsurlar belə mənfur nəzəriyyələrin təhsildə tətbiqinə şərait yaradır.
Son zamanlar fürsət düşən kimi məktəbin və digər təhsil ocaqlarının gözdən salınması hallarna rast gəlirik. Rüşvət kimi neqativ halların təhsildə yayılmasına maraqlı olan qüvvələr var.
Bilik düzgün qiymətləndirilmir. Ölkədə 5,10,100, 300, 700 ballı şkalalardan istifadə edilir. Belə qüsurlarla birgə yaşamaq olmaz, amma yaşayırıq. Güman ki, bu yanlışlıqlar da sui- qəsd nəzəriyyəsi tərəfindən dəstəklənir. Bu mənfur nəzəriyyənin təhsildə yeri tarix dərsliklərindən aydın görünür. Əvvala, qeyd edim ki, tarixini bilməyən gənc vətənpərvər olmaz. Bizim tarix dərsliklərimiz struktur baxımdan düz yazılmayıb. Elə yazılıb ki, şagirdlər onu mənimsəməsinlər. Tarix dərslikləri metopolun verdiyi struktur əsasında yazıldığından, şagirdlər tərəfindən çətin mənimsənilir. 5-ci sinif şagirdinə əvvəlcə Vavlionu, 11-ci sinifdə isə Dərbəndi öyrədirlər. Hesab edirəm ki, tarix dərslikləri qədimdən bu günə kimi prinsipi əsasında yazılmalıdır. “Sadədən mürəkkəbə”, və ya “bu gündən keçmişə” doğru prinsiplər əsasında yazılmalıdır. Belə olan halda 5-ci sinif şagirdləri bu gün baş verənləri, yuxarı sinif şagirdləri isə qədimdə baş verənləri maraqla öyrənərlər. Tarix dərsiklərinin də baş-ayaq yazılması təsadüfi deyil, göstəriş əsasında yazılıb.
Biliyin qiymətləndirilməsi inkişafa xidmət etməlidir. Biliyi qiymətləndirmək üçün təhsildə istifadə edilən meyar çox qüsurludur. Belə ki, öyrəndiyimizin, öyrənməli olduğumuza olan nisbəti biliyi qiymətləndirmək üçün meyar olaraq istifadə edilir. Təhsil alanlara düzgün cavablara görə qiymət verilir. Səhv cavablar nəzərə alınmır. Bu qüsuru aradan qaldırmaq üçün öyrəndiyimizin bilmədiyimizə olan nisbətini meyar kimi istifadə etmək daha düzgün olardı. Bu meyarın üstünlüyü ondadır ki, qiymətləndirmə zamanı səhv cavablar da nəzərə alınır və daha ədalətli nəticə alınır.
Fərz edin ki, ağrıyırsınız və həkimə getmisiniz. Həkim sizin təzyiqinizi, temperaturunuzu ölçür, ciyərllərinizi yoxlayır, gözünüzə - dilinizə baxır, sonra dərman yazır. Dərmanların köməyi olmayanda başqa bir həkimə gedirsiniz. Bu həkim də birinci həkimin etdiklərini edir və üstəlik UZİ-dən keçməyi tövsyə edir. Doktor UZİ-nin nəticələri ilə tanış olur və sizə fərqli dərmanlar yazır. Nəticədə siz özünüzü yaxşı hiss edirsiniz.
Sual olunur, 1-ci və 2-ci həkimin fərqi nə?
Birinci həkim sizin sağlam bədən üzvülərinizi yoxlayaraq, dərman yazır. İkinci həkim isə xəstə orqanı da nəzərə alaraq dərman yazır. Təhsildə fəaliyyət birinci həkimin fəaliyyətini təkrarlayır. Bilik düzgün cavablara görə qiymətləndirilir. Belə yanaşma ilə təhsilin keyfiyyətini yüksəltmək olmaz. Keyfiyyəti yüksəltmək üçün qiymətləndirmədə səhv cavablar (xəstə yerləri) da nəzərə alınmalıdır.
Başqa bir misal. Fərz edin ki, yaşadığınız binanın damı damır. Siz usta çağırıb qüsuru göstərirsiniz. Usta daman yerə xüsusi diqqət yetirmədən, bütün damı təmir edir. Növbəti yağışda dam yenə damır. Xəstə yerə görə təmir edilsəydi, problem həllin tapardı.
Təhsilin obyekt və subyektləri
Öyrəncilər təhsil prosesinin obyektləridir. Sinif isə birgə tədris məkanıdır. Psixologiyanın Qeştalt prinsipinə görə: tamın hissələrinin cəmi, tamın özünə bərabər deyil, ondan azdır. Sinfə ayrı-ayrı öyrəncilərin mexaniki cəmi kimi də baxmaq olar. Bu yanaşma bizim təhsil sistemində aparıcıdır. Qeştalt prinsipinə görə bu qüsurlu baxışdı. Sinifə bütov orqanizm kimi də baxmaq olar. Bu faydalı baxışdır. Sinifə bütöv orqanizm kimi baxılarsa, təhsilin keyfiyyətini xeyli yüksəltmək, hətta ideal məktəb yaratmaq olar.
Əlaçılar yeniliyi və öyrənməni sevənlərdir. Öyrənməkdən yorulmazlar. Məktəbin səviyyəsindən asılı olmayaraq onlar öyrənəcəklər. Tək-tək fərdlərin əlaçı, olimpiada çepionu olması, ya qızil medal alması, ya konkurs qalibi olmasının fərdi əhəmiyyəti var, ancaq ictimai əhəmiyyətli azdır. Fərdlərin əlaçı olması vacibdir, amma kafi deyil. Bütöv sinifin təhsil parametrlərinin yüksək olması milli və dövləti əhəmiyyət kəsb edir. Məktəbin əsas işi bütün sinifi öyrətməyi bacarmaqdır.
Pedoqoji fəaliyyət baxımından sinifdə öyrənciləri aktiv və passiv olmaqla iki yerə bölmək olar. Müəllim adətən sinifin aktiv hissəsi ilə işləyir. Dərs zamanı sinifə suallar verir, əlaçı şagirdlərdən cavabın alır və sonra dərsinə davam edir. Passiv tələbələrin varlığı müəllimi ciddi narahat etmir. Bu müasir dünya təhsil sisteminin ən böyük qüsurudur.
Aktiv şagirdlər, müəllimlə bərabər tədris prosesinin həm də subyektləridir. Yəni müəllim deyəni eşidir, müəllim yazdıqlarını başa düşür. Nümünəvi davranışa, tərbiyyəyə malikdirlər. Yalan danışmazlar, oğurluğa pis baxarlar. Çox təəssüf ki, bu dəyərli gənclərin çoxu gələcəkdə inkişaf etmiş ölkələrə gedəcəklər.
Passiv şagirdlər təhsil prosesinin obyektləridirlər. Müəllim deyəni az eşidərlər, az oxuyarlar, pis dərk edərlər. Müsbət və mənfi insanı keyfiyyətlərin potensial daşıyıcılarıdırlar. Onlar üzərində ciddi iş aparılmalıdır ki, ictimai mənafeni şəxsi mənafedən üstün tutan vətəndaş kimi yetişsinlər. Ölkəni gələcəkdə onlar idarə edəcəklər. Təhsil onları gələcəyə hazırlamaıdır. Passiv öyrənciləri ruhlandırmaq lazımdır. Onları inandırmaq lazımdır ki, hər uşaq anadan dahi doğulur. Hər şagird öyrənə bilmək qabiliyyətinə malikdir. Sadəcə öyrənməyə çox vaxt ayır ki, sən də yaxşı şagird olasan.
Həm təhsil, həm də tibb cəmiyyətin qulluq sferasına aiddir. Tibb sahəsində Nobel mükafatı alanların sayı həddən artıq çoxdur. Baxmayaraq dövlətlər tibblə müqayisədə təhsilə qat-qtat çox maliyə ayırırlar, ancaq təhsil sahəsində bir nəfər belə Nobel mükafatı almayıbdır. Bəlkə də ona görə ki, təhsil obyekti və subyeki çox olan mürəkkəb sistemdir.
Məqalənin sonunda Dallas doktrinasını yada salmaq istəyirəm: “Biz, ehtiyatla onların mənəvi dəyərlrini dəyişərək, şüurlarına seks kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə əxlaqa zid şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Dürüstlük və vicdan məhv olacaq, keçmişin mənasız qalıqları azalacaq. Yalnız çox az adam bundan xəbər tutacaq hətta nə baş verdiyini anlayacaqlar da. Onları gülünc vəziyyətə salıb acı durumda qoyacağıq”. Tanış mənzərədir, belə deyilmi?
XX əsrdə ölkəmizin təhsil sahəsində həm struktur, həm də məzmun baxımdan mümkün olan bütün reformalardan istifadə edilmişdir. Təhsil aysberqinin görünməz hissəsi çox sirlidir. Təhsil hələ ki, sirrini sirdaşa vermir və düzəlmir ki, düzəlmir. Özümüzü Dallasın doktrinasından, Sorusun planlarından qorumağı bacarmalıyıq. Bu işdə bizim də ən güclü silahımız təhsildir. Təhsil dağın görünməyən tərəfini görür. Hüseyn Cavid deməli, təhsildə ilahi güc var.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar