Xəbər lenti
“Bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.” - Nadir İsrafilov
"90-cı illərin əvvəlləridən etibarən belə hesab etmişik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır".
Manevr.az xəbər verir ki, bu sözləri "Enter.News"a açıqlamasında təhsil eksperti Nadir İsrafilov abituriyentlərin buraxılış və qəbul imtahanlarında zəif nəticə göstərməsində məktəblərdə zəif tədris olunan fənnlərin əlaqəsinin olub-olmadığına aydınlıq gətirərkən deyib.
"Məlumdur ki, test (ingiliscə - sınaq, yoxlama) məhdud vaxt ərzində cavablandırılan və şəxsiyyətin bilik, bacarıq və vərdişlərini kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmək üçün tətbiq olunan standartlaşdırılmış tapşırıqlardır. Test tapşırıqları vasitəsilə öyrənilən bütöv bir fənni, yaxud ixtisas sahəsini əhatə etmək və qiymətləndirmək mümkündür. Bu, məktəblinin, tələbənin nailiyyətlərinin şəffaf və obyektiv qiymətləndirilməsinin həyata keçirilməsini təmin edir. Test - aparılma məqsədlərindən asılı olaraq standartlaşdırılmış bir vasitə olub, müəyyən standart üzrə, təhsilalanın nailiyyətlərinin ölçülməsini həyata keçirir".
Ekspertə görə, testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmır.
"Bununla belə tam əminliklə demək olmaz ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb. Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmamaması təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki, təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olub ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və bu günün özündə də müşayət olunmaqdadır.
Nəticə onunla sonunclanıb ki, uzun illər TQDK (DİM) və Təhsil Nazirliyi arasında bir növ “soyuq müharibə”ə bənzər qarşıdurma yaranıb, abituriyentlərin zəif göstəricilərinin səbəbləri qarşılıqlı ittihamlarla davam edib. DİM Təhsil Nazirliyini məktəb tədrisinin zəifliyində, Təhsil Nazirliyi isə DİM-i proqram materiallarından kənar çıxmalarda suçlamaqla vəziyyətdən çıxmaq üçün cəhdlər göstərib. Ali məktəbə qəbul olmaq üçün “Bal toplamaq” uğrunda “sosializm yarışı”na qoşulmağımız elə vəziyyət yaratdı ki, sanki, ümumtəhsil məktəbinin vəzifəsi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirmək deyil, yeni kosmonavtlar nəsli yetişdirməkdir"
Ekspertin fikrincə, Azərbaycanda repetitorluq kurslarının özəl sektordakı payı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur.
"Ali məktəblərin görəcəyi işi ümumtəhsil məktəbinin, ümumtəhsil məktəbinin görəcəyi işi isə məktəbəqədər təhsilin üzərinə yükləməklə valideyn artıq birinci sinifdən övladının ixtisaslaşması üçün repetitor axtarışına çıxmasına, müxtəlif hazırlıq kurslarına üz tutmasına rəvac verdik.
Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır. Ümumtəhsil məktəbinin məqsədi yetirmələrini müstəqil həyata hazırlamaqdır. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir. Əbəs yerə deyil ki, cəmiyyətdə artıq belə bir fikir formalaşıb ki, “bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.” Demə, “uzun illər qapalı testlərlə qapalı təfəkkürlü vətəndaşlar yetişdirmişik..." Sonradan əlavə olunan açıq testlər isə hələ bir müddər aprobasiya adaptasiyası keçməlidir...
Təlim-tərbiyə ocağı adlandırdığımız ümumtəhsil məktəblərində təlimə ifrat dərəcədə aludəçiliyimiz, tərbiyə işini kölgədə qoyaraq arxa plana keçirdi. İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Hətta, məktəbəqədər təhsil müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.
Məktəblərimizdə zorakılıq hallarına dair xüsusilə yaxın son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb. Deməli, nsani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı saytlarda bu qəbildən olan video görüntülərin yayımlanması yolverilməzdir. Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır. Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə, valideynlərlə də işləməlidir. Məktəblilər arasında qeydə alınan son intiharları bilavasit məktəblə, təhsillə ələqəndirməsək də, bu kimi halların baş verməsində məktəbin, təhsildəki uğursuzluqların rolunu danmaq da ədalətsizlik olardı"
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar