Son günlər sosial şəbəkələrdə tələbələr dövlət imtahanlarının ləğvi ilə bağlı müxtəlif müzakirələr aparır. Belə ki, ali məktəblərin sonuncu kurs tələbələrinin çoxu yekun dövlət imtahanlarının ləğvini tələb edir. Məsələ ilə bağlı onların təhsil aldığı universitetlərə və Təhsil Nazirliyinə müraciət etdikləri də bildirilir.
Bəs görəsən, yekun dövlət imtahanları ləğv edilə bilərmi? Tələbələrin bu təklifi reallaşarsa bunun hansı müsbət və mənfi tərəfləri ola bilər?
Xəbər lenti
Dövlət imtahanları ləğv oluna biIərmi? – Təhsil ekspertindən AÇIQLAMA
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Konkret.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, tələbələr ətraflı bilik əldə etmək istəmir:
“Azərbaycanda təhsil sahəsində ciddi problemlər var. Bu problemlər təkcə təhsil verənlərlə yox, eləcə təhsil alanlarla bağlıdır. Tələbələrin daha yüngül variantlara əl atmaq niyyəti onların təhsil almaq istəməməsindən irəli gəlir. Təəssüf ki, bu gün ali təhsil müəssisələrində ali təhsilin keyfiyyəti qənaətbəxş deyil. Digər tərəfdən təhsil alanlar nəyin bahasına olursa olsun dərslərin yüngülləşməsini istəyir. Reallıq belədir ki, tələbələr ancaq universitetə gedib gəlmək istəyir, dərs oxumaq yox. Məsələn Türkiyəyə təhsil almağa gedənlərin 70 faizi sonda diplom ala bilmir. Bunun əsas səbəbi tələbələrin Azərbaycandakı təhsil mühitinə öyrəşməsidir. Tələbələr ətraflı bilik əldə etmək istəmir. Sosial şəbəkələrdə dövlət imtahanının ləğvi ilə bağlı tələbələrin səsləndirdiyi fikirləri mən də görürəm. Bu gün əksər tələbələr işə qəbul olmaq üçün repetitor yanına hazırlığa gedir. Görünən odur ki, verilən təhsil qaneedici deyil. Düşünürəm ki, imtahanlar ləğv edilmək əvəzinə daha da ciddi olmalıdır”.
Ekspert dövlət imtahanlarının ləğv edilməsi ilə bağlı bütün fikirlərin əleyhinə olduğunu bildirdi:
“Ümumiyyətlə, qiymətləndirmə sisteminin təkmilləşdirilməlidir. Ali məktəbə qəbul imtahanlarını sadələşdirmək lazımdır. Lakin son mərhələdə diplom yalnız layiqli kadrlara verilməlidir. Təəssüf ki, bizdə vəziyyət əksinədir. Universitetə qəbul imtahanı çox çətindir. Lakin qəbul olan tələblər dörd il universitetə boş yerə gedib-gəlir. Sonda isə onların çoxu diplom alır. Düşünürəm ki, tələbələrin bu etirazlarının heç bir əsası yoxdur. Diplom ən layiqli tələbələrə verilməlidir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar