Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənim bir şəxsiyyət kimi formalaşmağımda şəxsi nümunənin əvəzsiz rolu olub...”

Tarix: 20-04-2022 14:10     Baxış: 3282 A- / A+
“Mənim bir şəxsiyyət kimi formalaşmağımda şəxsi nümunənin əvəzsiz rolu olub...”
“Heç bir nizamnamə və proqram, nə qədər mahiranə düşünülsə də, tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz"
 
“Bu gün, xüsusulə təlim-tərbiyə prosesinə yeni qaydalar, müasir yanaşmalar tətbiqi şəraitində, bu prosesin səmərəliliyi məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır. Müəllimlərimizin məhz milli və dünya klassik fəlsəfəsinin və maarifçiliyinin görkəmli nümayəndələrinin bilik xəzinəsinin nümunələri ilə silahlanması onlar üçün təhsil sahəsindəki vəzifələrini yerinə yetirməkdə, təlim-tərbiyə prosesinin təşkilində ən yaxın yardımcı rolunu oynaya bilər.”
 
Bu sözləri ömrinün 70-ci baharını yaşayan, təhsilə dair minlərlə yazı və müshibələrin, çox sayda proqram, metodik tövsiyələr, digər tədris vəsaitlərinin, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin, 5 kitabın müəllifi, bir sıra fəxri adlara, bir çox medallara, müxtəlif mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüş dəyərli ziyalımız, tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov Moderator.az-a müsahibəsi zamanı deyib.
 
Ekspertin sözlərinə görə, pedaqogika və təhsilə dair  çoxlu sayda monoqrafiya və məqalənin müəllifi, iki hissədən ibarət “Pedaqogika” dərs vəsaitinin həmmüəllifl,  10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri görkəmli təhsil qurucusu və təşkilatçısı,  akademik M.Mehdizadə  hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır: “Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq. Böyüyən nəsli həyata biz hazırlayırıq.
 
- Nadir müəllim, bir çox məqalə və müsahibələrinizdə tez-tez Mehdizadəyə istinad edirsiz...
 
- Təkcə, Mehdizadəyə deyil. Azərbaycanda bizim öyrəndiyimiz, öyrənəcəyimiz, öyrənməyi hələ bundan sonra da öyrənməkdə davam edəcəyimiz  Abdulla Şaiq,  Süleyman Sani Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli və onlarla adları bu siyahıda çəkilməyən digər müəllimlərimiz, pedaqoji irsinə böyük ehtiyacımız olduğu klassiklərimiz olub. Onlar həm müəllimlik edib, həm dərsliklər yazıb, həm uşaqlar üçün bədii əsərlər yaradıblar. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar. Sadəcə, onları üzə çıxarmaq, gənc nəslə daha yaxından tanıtmaq lazımdır.
 
- Əməkdar elm xadimi, professor Şahlar Əsgərov müsahibələrinin birində yazırdı ki, mərhum Mehdi Mehdizadəni həyatda görməmişəm. Hətta bir dəfə hörmətli Nadir İsrafilovdan zarafatla soruşdum ki, sən rəhmətliyin qohumusan, ya yerlisisən ki, bu qədər ağız dolusu ondan danışırsan? 
 
- Belə bir söhbətimiz olub. Əgər yaddaşım məni aldatmırsa, mən də ona belə cavab verdim ki, professor, özün hər dəfə deyirsən ki, hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Mən də səndən nümunə götürürəm. Əgər onu şəxsən tanısaydın, məndən daha çox tərifləyərdin. O, bütün canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi. Bəli,  mən onun nə qohumuyam, nə nə də yerlisi, ancaq mənim pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə xüsusi önəm verməyimdə və təhsil işçilərinə hədsiz rəğbət bəsləməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub. Mən hətta avtoritar rejimdə belə demokratikliyi, humanistliyi, sadəliyi və təvazökarlığı ondan öyrənmişəm, onun necə böyük hörmətə layiq olduğunun və  böyük nüfuz sahibi olduğunun bilavasitə şahidi olmuşam. Onun haqqında xoş söz deyənlərin əksəriyyətini tanıyırdım və bir çoxları ilə hətta yaradıcılıq təmaslarım belə olub.
 
- Gənc nəslin adını çəkdiniz. Gənc nəslə münasibətiniz, onlara tövsiyyəniz barədə konkret nə deyə bilərsiz?
 
- Gənclər bizim gələcəyimizdir – bu danılmaz bir həqiqətdir. Biz isə öz növbəmizdə bizdən əvvəlki müdriklərdən “Gəncliyi anlamayacağımız an, dünyadakı işimiz bitmiş deməkdir” ; “Heç bir nizamnamə və proqram, nə qədər mahiranə düşünülsə də, tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz" ; “Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir” kimi dəyərləri əxz etmişik. Gənclərlə bir arada olmaq, onlara ən azından mənəvi dəstək verməyin nə olduğunu yaxşı başa düşürəm. Bu, artıq mənim bir növ həyat kredoma çevrilib. Çünki, özüm də bu yolu keçmişəm və karyera yüksəlişimdə nəyə nail olmuşamsa, bu gəncliyimdə mənə verilən dəstəyin hesabına olub. Gənclərə də tövsiyəm odur ki, ilk növbədə onlara göstəriləcək dəstəkdən, etibar və etimaddan lazımınca bəhrələnsinlər və vaxtı gələndə öz dəstəklərini yetişməkdə olan gələcək nəsildən əsirgəməsinlər...
 
Davamı var...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar