Xəbər lenti
Yeni təyin edilən kurikulum qaydaları nəyi əhatə edir? - Şərh
“İlk olaraq onu qeyd etmək lazımdır ki, alınmış qərar cəmiyyət tərəfindən yanlış anlaşıldı. Onlar kurikulumun ləğv olunacağını düşünürdü”.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, kurikulumda müəyyən boşluqlar gözə çarpırdı: “2011-ci ilin dekabr ayında Prezident İlham Əliyev uşaq bağçaları və körpələr evini İcra Hakimiyyətlərinin tabeliyinə verdi. 2012-ci ildə isə həmin yerlərdə təlim-tərbiyə prosesi və uşaqların müstəqil həyata hazırlanması istiqamətində kurikulumlar hazırlanıb. Amma kurikulumların da bəzi yanlışlıqları var idi”.
K.Əsədov vurğulayıb ki, cəmiyyət yeni qəbul edilmiş qaydanı yanlış anladı: “Hal-hazırda 1693 uşaq bağçasında 123 min şagird təhsil alır. Etiraf edək ki, 2012-ci ildə 3-6 yaşlı uşaqlar üçün qəbul edilmiş kurikulumda ciddi problemlər mövcud idi. 2012-ci ildə təsdiq edilən kurikulumda uşaqlar yaşlarına görə kateqoriyalara bölünmüşdü, ancaq yeni olan qaydada isə bütün yaş qruplarını əhatə edirdi. Bu isə ilk olaraq özlüyündə yanlış idi. Problemin mahiyyəti odur ki, kurikulumlar şəxsiyyət və nəticə yönlü deyildi və məhdud tərəfləri kifayət qədər var idi. 2017-ci ildə ölkəmizdə məktəbəqədər təhsil haqqında qanun qəbul edildi. Eyni zamanda yuxarı təhsil pillələri ilə bağlı standartlar dəyişdi. Bunlar birmənalı şəkildə 2012-ci ildə qəbul edilmiş sənədin dəyişməsi deməkdir. Bu o demək deyil ki, Azərbaycanda məktəblərin nəznində məktəbəqədər hazırlıqlar olmayacaq. Belə düşüncələr tamamilə yanlışdır. Yeni təklif edilən kurikulum qaydaları uşaq bağçaları və körpələr evini əhatə edir. Burada şagirdlərin dünya görüşünün artırılması, fiziki və psixoloji dayanıqlılığının təmin edilməsi, nəticə yönümlü kurikulumların tətbiqi nəzərdə tutulur. Çünki bəzi hallarda uşaqlar vahid proqramdan xəbərsiziydilər. Bu da yekun nəticədə azyaşlı uşaqların ibtidai siniflərə zəif biliklərlə gəlməsinə gətirib çıxarırdı. Artıq kurikulumlar arasında vahidlik mövcud olacaq. Eyni zamanda, müəyyən qədər ibtidai sinif proqramlarının bağçalarda keçilməsinə və yekunda bu həmin proqramların yüngülləməsinə səbəb olacaq. Qeyd edilənlər kifayət qədər müsbət bir haldır. Yeni kurikulumda həm də yaşlar müəyyənləşib. Hər yaş dövrünün özünəməxsus öyrənmə funksiyaları var. Kurikulum təhsil sənədidir, yəni bir şey deyil və hər zaman var idi. Sadəcə 2008-ci ildə rəsmi olaraq bu ad verildi və istifadə edilməyə başlandı. Bu sənəddə bağçalarda nəyi necə etməyin lazım olduğu özünü göstərib. Ancaq kurikulumla dərs keçməli olan müəllimlərin ən azı 1500-2000 manat maaş alması lazımdır. Çünki burada təlimlər tamamilə fərqlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar