Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Şərif Ağayarın son nəfəsi...və ya "Pərviz Cəbrayıl səhnəsi"ndəki bir udum "dirilik suyu"... 

Tarix: 28-01-2026 16:50     Baxış: 3129 A- / A+
Emil Rasimoğlu
şair-publisist


Bugün bu ədəbi — ictimai mühitdə (xüsusən də ədəbi — ictimai məsələlərə münasibətdə) düşüncə, fikir azadlığını (riyazi baxımdan desək) yalnız “A və B parçası”nda yaşayan, məhz bu minvalla da necə deyərlər, “ədədi aralıqlar”ı uğursuz “ədəbi aralıqlar”a çevirən, NƏTİCƏDƏ İSƏ(!) hüdudsuz düşüncə, fikir azadlığından diksinən “təngnəfəs” imzalar da, fərdlər də az deyil...

ƏSLİNDƏ, o imzalar, o fərdlər təfəkkür olaraq bir çox məqamlarda zahirən (bilərəkdən və ya bəlkə də bilməyərəkdən!) “mən azadam” obrazını yaratsa da mahiyyət etibarı ilə (divarın gerçək üzündə!) azadlığı “A və B parçası”ndan xilas ola bilməyən manipulyativ şəxslərdir, imzalardır...

Məhz o imzalardandır Şərif Ağayar. Yəqin ki, tanıdınız... Bir çox məqamlarda (müəyyən ədəbi — ictimai məsələlərə münasibət zamanı) bu camiədə (bilərəkdən və ya bəlkə də bilməyərəkdən!) “mən azadam” obrazını yaratmağa cəhd edən (hətta çoxlarının nəzərində yaratmağa nail olan!), AMMA VƏ LAKİN(!) reallıqda (pərdəarxası) isə düşüncə, fikir azadlığı uğursuz “ədəbi aralıqlar”ı aşa bilməyən... və bu gedişlə də BUGÜN eləcə “A və B parçası”nda (bir az da gizli şəkildə!) “məhkum fikir adamı” portretinin müəllifi olan Şərif Ağayarı deyirəm...

Onun növbəti (bilərəkdən və ya bəlkə də bilməyərəkdən!) “mən azadam” obrazını yaratma cəhdi bir neçə gün öncə “Pərviz Cəbrayıl səhnəsi”ndə özünü əks etdirdi...

ELƏ BU MƏQAMDA, BU YERDƏ XÜSUSƏN QEYD EDİM Kİ, məqsədim Şərif Ağayarın Pərviz Cəbrayılla bağlı qələmə aldığı qısametrajlı yazının necəliyi barəsində fikir söyləmək yox (o bir başqa müzakirə predmetidir!), həmin yazının mahiyyətində, nüvəsində, mayasındakı... “Şərif Ağayar azadlığı”na münasibət bildirmək, işıq tutmaqdır. Məqsədim budur!.. Gəlin, baxaq... Məhz o qısametrajlı yazının təməlində, tərkibində 50 yaşlı Şərif Ağayar azad idimi(?!), özünü azad hiss edirdimi?! ƏLBƏTTƏ!.. Azad idi(!), həm də necə lazımdırsa!

YAXŞI, GƏLİN GÖRƏK, “Pərviz Cəbrayıl səhnəsi”ndə özünü bu qədər azad hiss edən, ƏDƏBİ ÖFKƏ göstərən Şərif Ağayar həzrətləri MƏSƏLƏN (yenə deyirəm, məsələn!), gerçək ədəbi həqiqətlərdən söz açıb, ciddi ədəbiyyatdan qat-qat uzaqlarda dayanan Sabir Rüstəmxanlının adının və yazdıqlarının üzərinə MƏHZ həmin o azadlığı daşıya (bilərdimi?!)... Sabir Rüstəmxanlının adının və yazdıqlarının üzərində o ƏDƏBİ ÖFKƏni göstərə bilərdimi(?!)... göstərə bilibmi(?!) TƏBİİ Kİ, YOX!... 

ÇÜNKİ bugün Şərif Ağayarın (ədəbi — ictimai məsələlərin müzakirəsi müstəvisində) düşüncə, fikir azadlığı Şabaz Xuduoğludan (A) başlayır, Sabir Rüstəmxanlıda (B) bitir... (Burada heç şübhəsiz ki(!), Şahbaz Xuduoğlu və Sabir Rüstəmxanlı adları yuxarıda qeyd etdiyim “A və B parçası”na uyğun olaraq dəyişə də bilər. Mən məsələn, o adları çəkdim...)

... HƏM DƏ YERİ GƏLMİŞKƏN BİR NÜANSI DA VURĞULAYIM Kİ, günlərin bir günü (daha dəqiq desək, Məmməd İsmayılın yubileyində) bir yubiley zalını bir neçə dəqiqəlik gözəlim məmləkətin bu Şərif Ağayarına həvalə etdilər... Kİ, bəlkə nəsə danışa, bəlkə nəsə deyə! Bəs, o nə etdi? Ayağı səhnəyə dəyər-dəyməz işıq sürətilə (ədəbi təfəkkürə xəyanət “prinsipinə” söykənə-söykənə) Oqtay Rzanın nitqinə transfer olub, bir az da Rafael Hüseynov surəti alıb, başladı ədəbiyyatdan kortəbii şəkildə bəhs etməyə, “fikirlər” ortaya qoymağa... Kİ,

“İnsan böyük şəxsiyyət olur. Və bundan sonra onun yazdıqları istəsə də balaca ola bilmir... və.s”

Həmin vaxt həmin zalda bu gözəlim məmləkətin ədəbi həqiqətlərə divan tutan Şərif Ağayarı MƏGƏR, bilmirdimi (bilmirdi ki?!) şəxsiyyət mənəvi hadisədir, SƏNƏT İSƏ ədəbi mexanizm, yaradıcı təfəkkür, fövqəl idrak hadisəsidir... Bunlar ayrı — ayrı müstəvilərdə müzakirə olunası məsələlərdir, mövzulardır.
Məgər bilmirdimi (bilmirdi ki?!) şəxsiyyətin kriteriyaları, tələbi, təsdiqi bir ayrıdır,... mətnin, yaradıcılığın kriteriyaları, tələbi, təsdiqi bir ayrı!
Məgər bütün bu amilləri bilmirdimi? .. Əlbəttə ki, bilirdi!.. Sadəcə “Pərviz Cəbrayıl səhnəsi”ndəki göstərdiyi azadlığı özündə tapa bilməməyin ucbatından ilin-günün bu çağında eləcə Məmməd İsmayılın “boz ədəbiyyat”ının üzərində bir az manipulyasiya edirdi, bir az da “ədəbi itaətkarlıq” göstərirdi...

... Sözümün bu vədəsində (ömrünün bundan sonrakı mərhələsində!) 50 yaşlı Şərif Ağayara hər yerdə (elə həmişə!) “Pərviz Cəbrayıl səhnəsi”ndə(ki azadlığında) qalmağı (yaşamağı!) arzu edirəm... Təbii ki, əgər qala bilsə!.. Çətin ki, qala bilə!..

P.S:
(... Kimsə zərrə qədər də olsun düşünməsin ki, məqsədim Pərviz Cəbrayılı müdafiə etməkdir. Əsla!.. Elə Pərviz Cəbrayıl da hüdudsuz azadlığı yaşamaqdan (bir başqa tərzdə) çəkinən adamdır... və bir də ki, məqsədimi yazının əvvəlində birmənalı şəkildə açıqlamışam.)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar