Xəbər lenti
Nazilə Gültacın "Orqanların şikayəti" hekayəsi
Nazilə Gültac
(Hekayə)
Tarappp. Sərt bir şey düşdü içinə. Mədə qəfildən diksindi, ufuldadı. Canına vəlvələ düşdü, üz-gözünü turşutdu. Hirslə yuxarı baxdı. Ağız xəcalətindən “tər” tökdü. Damağını şaqqıldatdı, bir cüt-üç tək dişi əcayib səs çıxardı. Utancaq-utancaq boylanaraq, zarıdı:
-Ay başınıza dönüm, nə edə bilərəm? Damağımda cəmi yeddi dişim var. Onun da üçünün ancaq kökləri qalıb. İndi mən bədbəxtin halını anlayın, nə olar.
Mədə hirsli-hirsli bərk, yarıçiy ət parçasını o yana-bu yana çevirdi, çox atdı-tutdu. Bütün hüceyrələrini səfərbərliyə çağırdı. Şirə şirəyə qarışdı. Ancaq həzm edə bilmədi ki, bilmədi.Yorul- du, bezdi, ət parçasını onikibarmaq boyda kiçik olan bağırsağa ötürdü. İri ət parçası bağırsağı in- citdi, ağrıtdı divarını, incə boğazını zədələdi. Qonşuları - öd kisəsini, mədənin kölgəsində şellə- nən mədəaltı vəzini köməyə çağırdı.
Sahibləri yeməyinə fikir verməyən biriydi. İçirdi, siqaret çəkirdi, lazımlı-lazımsız əlinə nə keçirdisə, çeynəmədən mədəyə ötürürdü.
Öd kisəsi qəzəbindən daha da tündləşdi, zəhər tuluğuna döndü. Öz-özünə deyindi: “ Belə keyfiyyətsiz, zərərli yeməkləri həzm etməyə utanıram. Axı, anam Qaraciyər çox əziyyət çəkir. Hirsini məndən çıxır. Daşla, qumla dolmuş içim də özümü yandırır, çölüm də ”.
Mədəaltı vəz mədənin altında sakitcə yuxulamışdı. Onun qəzəbli səsinə hövlnak oyandı. Gərnəşdi, quyruğunu tərpətdi, yumşaq başını dikəltdi. Bağırsağın vəziyyətini görüb, köməyə tə- ləsdi. Mədəaltı vəz dupduru “göz yaşları” axıtdı.
Nəhayət, öd kisəsi də insafa gəldi. Bağırsağın köməyinə tələsdilər, çünki onlar birlikdə da- ha güclü idi. Mədəaltı vəz öd kisəsinin deyinməsindən anladı ki, bu dəfəki yemək ya kababdı, ya da kolbasa. Turşulu, içkili yeməyin qoxusu aləmi bürümüşdü. Onikibarmaq uzunluğunda olan bağırsaq hər ikisinə təşəkkür etdi. Ət parçası və spirtli içki bağırsaqları dolaşdı. Keyfiyyətsiz qi- daların içindəkilər və spirtli içkilər bağırsaqlardan sorulub, qanla qaraciyərə gəldi. Qan da o qə- dər yağlanıb, qatılaşmışdı ki, rəngi qapqara olmuşdu. Bağırsaqlardan sorulan zərərli maddələr qaraciyərin evini yıxmışdı. Axır ki, acığından daha da qaralan qaraciyər get-gedə şişməyə başla- mışdı. Neçə illlər idi ki, fədakarlıqla sahibinin bədənini qoruyurdu, ancaq daha yorulmuşdu.
Kişinin yaxın qohumu oğluna toy edirdi, onu da dəvət etmişdilər. Kişi şadlıq evinə zümzü- mə edərək getsə də, orqanlar təşviş içində idi.
Masaların üstündə nələr yox idi. Toyuq ətindən neçə cür çeşidli qazan yeməkləri- qızardıl- mış, suda bişmiş, səkkiz cür salat düzülmüşdü. Balıq, quzu, toyuq ətindən kabablar, çeşid-çeşid dilimlənmiş kolbasalar. Daha nələr, nələr....
Kişinin kefi kökəldi, başladı nə başladı. Onun- bunun sağlığına içə-içə sağlığı əldən get- mişdi. Get-gedə mədə ağzınacan doldu. Yazıq mədə lap başını itirmişdi. Hansı qidanı necə həzm etməyi düşünürdü. Şirələrin dadı bir-birinə qarışmışdı. Qarın qalxmış, qazla dolmuşdu. Ağ ciyər- lər sıxışıb balacalaşmışdı. Dərindən nəfəs alıb-nəfəs verə bilmirdilər.
Axı, toyda bu qədər yemək-içmək nəyə lazımdı? Sahibləri nədən özünə bu qədər düşmənçi- lik edir?- deyə orqanlar dedi-qodu edirdilər. İlahi, insan nəfsi nə böyükmüş. Acı spirtli içkidən mədə qıvrıldı, sancıdan yumuldu, açıldı.....
Nəhayət, kişi stoldan güclə qalxdı, səndələyə-səndələyə bayıra çıxdı. Birtəhər evə gəldi, qa- pını açıb içəri keçdi. Özünü çox pis hiss edirdi, anlayırdı ki, bədənindən nəsə ayrılır. Yavaş-ya- vaş döşəməyə çökdü. Ürək bərk titrədi, çırpındı, balıq kimi çabaladı, özü öz qanında boğuldu. Beyin ha səslədi, ürək ona hay vermədi. Ruhu bədənindən ayrılırdı. O biri orqanlar buna bənd imiş kimi təşvişlə bir -birlərindən möhkəm yapışdılar. Kişi qışqırmaq istədi, səsi çıxmadı, son nəfəsi qurğuşun kimi boğazında ilişib qaldı. Hər yer zülmətə büründü...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar