Xəbər lenti
“Şəhid atası”na söz təsəllisi və...
Ötən günlərin birində (AYB-nin Natəvan klubunda) “Şəhid atası” Nazilə Gültacı bizə bir daha yaxından tanıtdı
...Vaxtilə hansısa bir yazıçının əsərini oxuyanda onun sanki özünün həytı gəlirdi göz önünə. Mən indiyə kimi də elə bilirəm ki, hər qələm adamı ilk növbədə öz həytını, yaşantılarını bədii formada oxucularına təqdim edir. Yanılsam da, fikrimdə qalıram.
Niyə belə düşünürəm? Deyim! Əgər əlinə qələm alıb hansısa bir mövzunu yazmaq istəyirsənsə, öncə öz həyatından nümunə çəkməlisən, həmin yazını özününküləşdirməlisən, sətiraltı olsa da. Axı, öz həyatın sənin yaşantılarındır. Onu daha səmimi yazacaqsan.
40 ildir ki, mən də əlimdə qələm “külüng çalıram”. Bilmirəm, nəsə qazanmışam, yoxsa-yox, lakin onu bilirəm ki, yazdıqlarım həyatımın ağrılı-acılı dönəmlərində qalanların bir az obrazlı ifadəsidir: real həyat hekayələridir…
Bu günlərdə bir kitab təqdimatına dəvət almış və “çağrılan yeri dar eləmə”mişdim. Mənə elə gəlir ki, AYB-nin Natəvan klubunda o gün “Şəhid atası”nın görüşünə, işığına toplaşnların arasında sözü olanlar, fikir bildirmək istəyənlər daha çox idi, nəinki danışanlar. O çoxlara söz deməyə vaxt qalmadı. Bu da səbəbsiz deyildi...
Gələk, yenicə işıq üzü görmüş “Şəhid atası” kitabının oxucuda yaratdığı ilk təəssürta. Öncədən xüsusi qeyd edim ki, ədəbi tənqid müstəvisindən bizə imzası və siması yaxşı tanış olan, tədbirin aprıcısı, AYB-ni təmsil edən Əsəd Cahangirdən başqa yazıçı-şair xanımı yaxından-uzaqdan tanıyan və yaxud tanımasa da, bədii yaradıcılığını daim izləyən neçə-neçə qələm və söz adamının, elm və ədəbiyyat xadimlərinin, mütəxəssislərin “təhlili”ni burada qeyd etməyə lüzum yoxdur. Hətta, çıxış edən hər kəsin istər müəllifin, istərsə də haqqında söz açılan kitab barədə fikirləri o qədər çox idi ki, reqlamentə əməl etmək mümkün olmurdu. Ona görə də o tədbirdən sözü ürəyində qayıdalar da az olmadı.
“İnadkar küləyin nağılı”ndakı “Dilək ağacı” və “ İki limon”
Kitab haqqında fikirlərim yetərincədir, yəni bir məqalə həcmindən də artıq. Həcmi böyük deyil, formtaından fərqli olaraq. Cəmi 124 səhifəlik kitabda bir-birindən maraqlı hekayələr də yer alıb. Oxucular, mənə elə gəlir ki, ilk növbədə həcmcə kiçik, mənaca bir qalın roman olan “Dilək ağacı”, “İnadkar küləyin nağılı”, “ İki limon”, yaxud “Son layla”, “ O və o”, “Sərxoş sərçə”, bir də”Eşqdən şərqi deməyin” kimi bir-birindən mövzuca kəskin fərqli olan hekayələri oxuyacaq.
Gəlin hekayələrin bəzilərinin sərlövhələrinə diqqət yetirək: “Qəfil mesaj”, “O və o”…
Adamda belə bir təəssürat yaranır: görəsən, “Virusun intiharı”na səbəb “Orqanların şikayəti”mi oldu?! “İnadkar küləyin nağılı”nda deyildiyi kmi, “Dostumun arzusu” çin olmadı.
Mən ilk növbədə müəllifin adıçəkilən kitabındakı hekayələri bitkin bir povest də yox ey, roman hesab edirəm. Nəsrin bütün ölçü-biçisi burada yerli-yerindədir. Müəllif yaxşı bilir ki, bu gün oxucunun vaxtı kosmik sürətlə “uçduğuna” görə, səbri yetmir ki, qalın bir kitab vərəqləyib kənara atsın. Bunun şahidi az olmamışıq. Buna görə də Nazilə Gültac oxucusunun maraq və həvəsini nəzərə alaraq, həyat hekayətlərindən yaratdığı qalın bir əsərini kiçik hekayələr kimi təqdim edir. Hekayələrinin sərlövhələrini bir cümləyə, fikrə gətirəndə də bunu hiss edirik. Yuxarıdakı fikrimi təsdiqləmək üçün daha bir nümunəyə baxaq: “Dilək ağacı”na qonan
“Sərxoş sərçə” sanki “Son layla” çalırdı…
“Şəhid atası” povestinə gəlincə, fikrimi bir qədər uzaqdan başlamalı oldum.
Şəhidlik müqəddəs mövzudur. Bu gün şəhidlərimiz haqqında az yazılmır, lakin, gəlin etiraf edək ki, sanki bu da bir yöndəmsiz kampniyaya çevrilib, TV-lərimizdə, toy şənliklərində - kef məclislərində “gəlin şəhidlərimizi bir qəqiqəlik sükutla yad edək”,-deyən “aparıcı” da yaxşı bilir ki, masadan qalxmayan, başını sinəsindən yuxrı qaldıra bilməyən sərxoşlara heç bir dəxli olmur onun bu çağırışının. Məgər lazımdırmı? Bununla şəhidliyi təbliğ edirikmi? Ona görə də kitabın “Şəhd atası” povesti ilə açılması təqdir olunmalıdır. Povestdən nümunə çəkməyə ehtiyac duymuram. Müəllif bu mövzunun ən incəliklərinə kimi bələd olmasaydı, məncə, əsəri belə oxunaqlı, təsirli alınmazdı (öz başıma gəlib-28 kitabımın 6-sı ancaq bu müqəddəs mövzuya həsr edilib. Min nəfərədək şəhidimin hər birindən bədii-publisistik yazılar və portret oçerklər yazan müəllif kimi deyirəm).
Müəllif Nazilə Gültcı, məncə, çoxminli oxucuları yaxşı tanıyır, məndən başqa. Mən son vaxtlara qədər bu müəllifin, nə danım, heç bir yazısını da oxumamışdım, şeirləri haqqında da isə bunu deməzdim. Poetik duyğuları cilalayan Nazilə Gültacın qəfildən nəsrə keçməsi, maraqlı göründü mənə. Ona görə də, kitabın təqdimatında iştirak etmək təklifini məmnuniyyətlə qəbul etdim. Mən o günə kimi bilməmişəm ki, şeirləri ilə könülləri oxşayan Nazilə xanım peşə-ixtisas baxımdan ağ xalatlı, şəfa əlli həkimlərimizdən biridir. Bunu bildikdən sonra onun bədii yaradıcılığına marağım bir qədər də artdı.
Açığı, bununla yüzlərlə müəllifdir ki, yaradıcılıq yollarından uzun-qısa, fərq eləməz, fikrimi yazmışam. Hələ də mənə sir olaraq qalır ki, nədən həkimlərimiz daha duyğulu misralar müəllifidirlər? Sayımmı? Professorlar Paşa Qəlbinurunmu, Zərraf Şirinovunmu (Təhməzoğlu)… neçələrinin adını çəkim? Hər birinin qələmindən (qəlbindən) süzülən misralar qeyri-adilikləri, ürəyəyatımlılığı ilə seçilir.
Könüldən-könülə aparan ədəbi yollar...
Bir qədər də müəllifin özünü tanıyaq. Kimdir Nazilə Gültac?
Nazilə Gültac xoşbəxt müəlliflərdəndir. Bu qədər qəm-qüssəli mövzunun içərisindən o, elə nikbin ruhlu görünür ki, sanki qəhrəmanlarını da belə vətənpərvər yetirən o, özüdür. Bu, Nazilə xanımın ədib kimi ən böyük uğurlarından biridir. Nikbinlik onun ruhundan yazılarına da hopub. Hər hekayəsindəki həyat həqiqətlərinin daxilində olan neqativliyi qəhəmanlarının dili ilə pozitivliyə yönəldir. Və bu da o deməkdir ki, həyatda qarşınıza çıxacaq çətinliklərdən yorulub, bezməyin, mübariz olun, sosial-məişət qayğılarını özünzə dərd eləməyin. Nə gözəl təbliğat vasitəsi!
Azərbaycanın hüdudlarından kənarda da Nazilə Gültacın sevilə-sevilə oxunması ilk növbədə onun poeziyası və nəsri ilə oxucusuna həyata sevgi ilə baxan qəhrəmanlar təqdim etməsidir.
Kitabın üz qabığının arxasında müəllif haqqında olan tanıtmadan öyrənirik ki, Nazilə Gültac ixtisasca həkimdir. Peşəsinin vurğunu olan müəllif həm də, daha doğrusu, bədii-publisitik qələmli yazıçıdır, şairdir, jurnalistdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Suya yazılan sevda”, “Yaşıl pıçıltı”, “Qəlbdən-dodağa” “Dodaqdan-qəlbə” romanını yəqin ki, indiki nəsil oxumayıb. O, bu kitabına belə ad seçməklə, yalnız diqqəti özünə cəlb eləmək yox, əslində, dolayısı ilə klassik əsərlərə yeni baxış umacağını da gizlətməyib-M.N.), qardaş Türkiyə Cümhuriyyətində işıq üzü görən “Ben gönlümü bilmezmiyim”, “Sevgi yağmuru”, “Əllərimdən yağış damır” şeirlər kitablarının müəllifi Nazilə Gültacın qələm məhsulları ölkəmizdə olduğu kimi, Türkiyədə də “Kardeş kalemler”, Türk edebiyyatı”, “Bizim Ece”, “Yaşam sanat” dərgilərində də özünə geniş yer alıb. Türkiyədə keçirilən bir çox festivalların və şeir şölənlərinin iştirakçısı olan Nazilə Gültac orada layiq olduğu ödüllərlə fərqləndirilib…
…Əziz oxucular, mən qüdrətli qələmliləri seçib haqqında beş-üç kəlmə yazmaq istəsəm də, bunu bacarmıram. Uzun-uzadı bir “sicilləmə” alınır. Bunu isə mənə, haqlı olraq, irad tuturlar: “oxucunun vaxtı hardandır ki, bir saat oturub sənin məqaləni oxusunlar?” Haqlıdırlar. Ona görə də burada mən uzun-uzadı sizi söhbətə tutmayım.
Qələminizə qüvvət, Nazilə Gültac! Qələminizdən gül təravətli, bahar libaslı mövzular yağsın gözlərimizə, könlümüzə…
Məhəmməd Nərimanoğlu,
“Yenilik-press” qəzetinin Baş redaktoru
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar