Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Açdığı atəşlə İkinci Dünya müharibəsinə səbəb olmuş polşalı əsgər Bakıda necə "peyda oldu?"

Tarix: 24-09-2020 10:12     Baxış: 3171 A- / A+
Açdığı atəşlə İkinci Dünya müharibəsinə səbəb olmuş polşalı əsgər Bakıda necə "peyda oldu?"


- 1 sentyabr 1939-cu il, gecə saatları. Polşalı əsgər Frantişek Dolas yatıb qaldığı üçün düşməli olduğu stansiyanı ötürür. Oyananda isə sərhədi keçərək Almaniya tərəfindəki stansiyada olduğun görür.

- Faşist generalın diversant olduğunu düşünən F.Dolas ona atəş açır və onun açdığı atəş İkinci Dünya Müharibəsinin başlanğıcına, daha doğrusu 1 sentyabr 1939-cu ildə Almanların Polşaya hücuma keçməsinə səbəb olan artilleriya hazırlıqları məqamına təsadüf edir.

- F. Dolas bu qarışıqlığa görə özünü günahkar hesab edir.

- Bu hadisədən sonra o, almanların əsir düşərgəsində, Avstriyada, Yuqoslaviyada, Afrikadakı Fransız Xarici Legionunda çətin sınaqlardan keçmək məcburiyyətində qalır.

- Müharibənin sonlarında o yenidən Polşada, partizan dəstəsində peyda olur, ordudakı yoldaşı ilə görüşür, partizan dəstəsində olan bir qıza aşiq olur və özü də bunu arzu etmədən, təsadüf nəticəsində qəhramanlıq göstərir.

Manevr.az
xəbər verir ki, “Trend” agentliyində dərc olunan yazıda qeyd olunur ki, bu, məşhur rejissor Tadeuş Xmelevskinin Kazimij Slavinskinin “Topçu Dolasın sərgüzəştləri” povesti əsasında çəkdiyi filminin süjet xəttidir.

Film ekranlara 1970-ci ildə çıxıb və Polşa kinematoqrafiyası tarixində ən populyarlar ekran əsərlərindən birinə çevrilib.

Filmdə Polşa kinosunun Marian Kotsinyak, Virqiliuş Qrın, Stanislav Milski kimi məşhur simaları rol alıb.

Ekran əsəri - “Qaçış”, “Ordunun dalınca” və “Dostlar arasında” adlandırılan üç seriyadan ibarətdir.

Filmin ikinci seriyasının (“Ordunun dalınca”) bir hissəsi Bakıda, şəhərin qədim hissəsi - İçərişəhərdə çəkilib.

Kadrlarda XVI əsrə aid Hacı Bani məscidini, XV əsrə aid Cümə məscidinin minarəsini, Hacı Qayıb hamamını və digər tarixi məkanları görmək mümkündür.

Çəkiliş qrupunun üzvləri Bakı şəhərində olmaqdan, yerli sakinlərlə ünsiyyətdən böyük zövq aldıqlarını xatırlayırlar.

Filmin rejissoru T. Xmelevski bildirib ki, çəkilişlər müxtəlif şəhərlərdə baş tutub, lakin Bakını, onun mehriban və səmimi sakinlərini xüsusilə xatırlayır.

“Bakılılar çəkilişləri böyük maraqla izləməklə yanaşı, daim bizləri müxtəlif yeməklərə, meyvələrə, mürəbbəli çaya qonaq edirdilər, çəkiliş heyətini öz evlərində görmək istəyirdilər. Hətta bizə Bakıda bəzi binaların Polşa memarları tərəfindən inşa edildiyini söyləmişdilər. Bu barədə eşitmək, filmin yaradıcı kollektivinə belə diqqət yetirilməsini görmək xoş idi”, - deyə rejissor xatırlayır.

Film 2001-ci ildə bərpa edilib və rənglənib.

Açdığı atəşlə İkinci Dünya müharibəsinə səbəb olmuş polşalı əsgər Bakıda necə "peyda oldu?"
Açdığı atəşlə İkinci Dünya müharibəsinə səbəb olmuş polşalı əsgər Bakıda necə "peyda oldu?"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar