Xəbər lenti
Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
Azərbaycana yaxınlığı ilə seçilən Pakistanın Ermənistanla birlikdə hərbi təlimlərdə iştirakı ölkəmizdə birmənalı qarşılanmayıb. Bu mənada MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Əfqanıstandakı fəaliyyətində Pakistan amili maraqlı görünür.
Jurnalist Elçin Alıoğlu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Pakistanla bağlı “tam məxfi” qrifli analitik hesabatını sosial media hesabında yayıb. Burada xeyli maraqlı məqamlar diqqət çəkir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatinin fəaliyyətində əfqan istiqaməti xüsusi rol oynayır.
Əfqanıstan ərazisində terrorizm, narkotik vasitələrin qanunsuz yayılması, qeyri-leqal immiqrasiya böyük vüsət alıb. Bu da KTMT üçün əhəmiyyətsiz məsələ deyil. Əfqanıstanla rəsmi İslamabad arasındakı sərhədlərin etibarlı olmaması “Taliban”, “Əl-Qaidə” kimi terror təşkilatlarına Pakistanın şimal-şərq sərhəd rayonlarında özünə yer etməyə imkan yaradıb.
Sərhədin hər iki tərəfindəki vəziyyətə görə “Taliban”, hətta Vəziristan İslam Əmirliyinin yaranmasını da elan etmişdi.
Əfqanıstandakı vəziyyəti Pakistansız qaydasına salmağın mümkünsüzlüyünü anlayan ABŞ bölgə üçün siyasi “ağırçəkili” R.Holbruku xüsusi nümayəndə də təyin etmişdi. KTMT də Əfqanıstan fəaliyyətində Pakistanı vacib fiqur sayır.
Əfqanıstan və Pakistan hakimiyyətləri də çoxdan yola getmir. Əfqanıstanın keçmiş prezidenti Həmid Karzay İslamabadı “Əl-Kaida” və “Taliban”la əməkdaşlıqda ittiham edirdi. Pakistanin keçmiş rəhbəri Asif Əli Zərdari isə hesab edirdi ki, rəsmi Kabil ölkədə əmin-amanlıq yarada bilmir. Pakistan niyə Rusiyanın əsas qüvvə sayıldığı təlimlərə qoşulur, dolayısıyla Ermənistanla bir sırada görünür? Pakistan həmişə özünü bölgədə Amerikanın forpostu kimi aparıb. ABŞ silahlı qüvvələrinin təchizatı üçün tranzit marşrut baxımından, Pakistan həmişə əvəzsiz rol oynayıb. Amma son illər ölkələr arasındakı münasibətlər korlanıb. Pakistanın Moskvaya tərəf meyllənməsi aşkar nəzərə çarpır. Pakistanın nüvə sahəzi üzrə tanınmış alimi Abdul Qədir Xanın Şimali Koreya, Liviya və İranın müştərək proqramında yer alması gərginliyi bir az da artırıb. Başqa səbəblər də var. Pakistan hərbi kəşfiyyatının “Taliban”la əlaqələri, Çinlə yaxınlaşma ABŞ-ın ürəyincə deyil.
Üstəlik, İslamabad başqa İslam dövlətləri kimi ABŞ-ın bölgədəki siyasətindən narazıdır. Pakistanın Rusiyaya meyllənməsində ali baş komandan Aşfak Kayaninin siyasi düşüncəsi böyük rol oynayır. Əslində, ordu Pakistanda yeganə intizamlı sistemdir. Mülki hakimiyyət bir növ orduya qısqanclıqla yanaşır. Hakimiyyət siyasi həyat verdiyinə görə Vaşinqtona loyal münasibət göstərir. Amma ali baş komandan xarici siyasətdə müəyyən çevriliş edir. Addımlar Rusiyanın xeyrinə işləyir. Kayani zəif fiqur deyil. “Time” jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu siyasətçilərinin sırasında 20-ci yeri tutur. General özünü həm bacarıqlı siyasətçi, həm də hərbi xadim kimi göstərib. 2012-ci ilin yayından KTMT ilə açıq əməkdaşlıq müşahidə edilir. Pakistan Rusiya ilə münasibətləri möhkəmləndirmək haqda daha çox düşünməyə başlayıb. İslamabadın Pekinlə əməkdaşlığı isə ayrıca söhbətin mövzusudur. Pakistan Çinin kreditlərinə böyük ehtiyac duyur. Ölkədə iqtisadi vəziyyət xeyli ağırlaşıb. İslamabad hərbi potensialını həm Rusiya, həm də Çinlə əməkdaşlıq sayəsində gücləndirəcəyinə inanır. bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar